Yuxarı

Reqnum: Kremlin Ankaraya şantajı işə yaramadı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Reqnum: Kremlin Ankaraya şantajı işə yaramadı

Suriya ilə sərhəddə Rusiya təyyarəsinin vurulmasından sonra Kreml Türkiyəyə qarşı "kürd kartı"ndan istifadə etməyə, opponentini zəiflətməyə çalışdı.

Axar.az xəbər verir ki, bu barədə "Reqnum"da məqalə dərc edilib. Türkiyə-Rusiya və Türkiyə-kürd münasibətlərindən bəhs edilən məqalədə ikincilərin rəqibini kürdləri gücləndirməklə cəzalandırmağa çalışdığı qeyd edilib:

"Çoxsaylı rus-türk müharibələri zamanı bu siyasətdən istifadə edilirdi. Ancaq bu gün vəziyyət tamamilə fərqlidir. İndi Rusiya burada əsas oyunçu deyil. AKP hakimiyyətə gəldikdən sonra türklərlə kürdlər arasında olan problemlərin həllinə yanaşma dəyişdi. AKP Türkiyənin keçmiş qüdrətini dirçəltməyə, ölkədə yaşayan kürdlərlə rəhbərlik arasında sintez yaratmağa nail oldu. Əhməd Davudoğlu Türkiyənin xarici siyasət xəttinin baş memarlarından biri oldu. Ölkənin yumşaq gücündən istifadə etməklə qazanc əldə etməyə başladı. 2003-cü ildə Səddam Hüseyn devrildikdən sonra İraq kürdləri də türklərin orbitinə düşdülər. Şimali İraq lideri Məsud Bərzani ilə dostluq münasibətlərinin yaradılması ilə İraq kürdləri Türkiyənin vassalına çevrildi. Bərzani postunu tərk etməyə tələsmir, müxalifət partiyaları da türklərin reaksiyasından ehtiyat edərək ona qarşı çıxış edə bilmirlər. Bu gün Ankara Kürdüstanın bütün iqtisadiyyatına nəzarət edir. Regionda 1300-dən çox Türkiyə şirkəti və müəssisələri fəaliyyət göstərir. Şimali İraqın bank, maliyyə, infrastruktur, neft ixracı, təbii qaz sektorlarında Türkiyənin nəzarəti var. Kürd regionunun inşaat sektorunun 75-80 faizində türk şirkətlərinin fəaliyyəti gözə çarpır. Bütün bunların fonunda Rusiya Müdafiə Nazirliyinin brifinqindən dərhal sonra kürd hakimiyyəti Türkiyəni müdafiə etdi".

Tarix
2015.12.14 / 08:30
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

Azərbaycanda bunları edənlər 7 min cərimələnəcək

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

Ermənilər Köçəryana inandılar və Qarabağı tərk etdilər!

Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi

Azərbaycan keyfiyyətli hərbi məhsullar istehsal edir – Gülər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla