Yuxarı

Televiziyaların anoloq yayımı dayandırılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Televiziyaların anoloq yayımı dayandırılır

Hazırda Azərbaycan ərazisində televiziya verilişlərinin yayımlanmasını təmin edən 500-ə yaxın verici stansiya fəaliyyət göstərir.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) texniki şöbəsinin müdiri İsa Məmmədov Report-a bildirib ki, onlardan 104-ü rəqəmli verici stansiya, 400-ə yaxını isə anoloq verici stansiyadır.

Stansiyalar vasitəsilə yayım hələ ki, paralel olaraq həyata keçirilir.

İ.Məmmədov Azərbaycanın müxtəlif yerlərində rəqəmli verici stansiyaların quraşdırıldığını bildirib: "Məsələn, Bakı şəhərində "Günəşli", "Fatmayi" və Teleqüllədə rəqəmli yayım stansiyaları quraşdırılıb. Artıq rəqəmli vericilərin hər biri fəaliyyətdədir və yayım həyata keçirirlər. MTRŞ tərəfindən anoloq yayımın dayandırılması ilə bağlı qərar verildikdən sonra bu yayımı həyata keçirən 400-ə yaxın satnsiyanın fəliyyəti dayandırılacaq. Anoloq yayım yaxın vaxtlarda dayandırılacaq, amma dəqiq tarix deyə bilmərəm".

İ.Məmmədov bildirib ki, bir rəqəmli verici stansiya 11 TV proqramını əhatə etdiyi halda, bir anoloq yayım stansiyası 1 TV proqramını əhatə edir.

Tarix
2015.12.15 / 15:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan regionda əsas tərəfdaşımızdır - Hersoq

Lavrov Bakıya gəldi

Baxçalıdan Azərbaycanla bağlı mühüm açıqlama - Təcili

İsrail prezidenti Azərbaycana gəldi

İstanbuldakı aksiyanın sifarişçisi kimdir?

Laos AQEM-ə üzv qəbul edildi

Kazım Qəribabadi Azərbaycana gəlir

Laosla siyasi əlaqələr yüksək səviyyədə olsa da... - Deputat

İmaməli Rəhman Azərbaycana yola düşdü

Ərdoğan Bakıdakı tədbirə onu göndərir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla