Yuxarı

Kəmaləddin Heydərovdan sərt ismarış - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmaləddin Heydərovdan sərt ismarış - Video

"Günəşli" yatağındakı yanğının söndürülməsi işləri isə artıq 12 gündür ki, davam edir.

ANS-in reportajında bildirilir ki, Fövqəladə Hallar Nazirliyininin axtarış xilasetmə helikopteri "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülünə, yəni yanğının baş verdiyi platformaya yarım saata çatdı:

"Hadisə yerinə yaxınlaşdıqca havada qatı duman bizi müşayiət edirdi. Duman söndürülmə işlərinin aparıldığı platformadan qalxırdı.

Yanğının lokallaşdırılması üçün FHN-in 3 yanğınsöndürmə gəmisi iş başındadır. Bu gün onların peşə bayramı olmasına baxmayaraq FHN əməkdaşaları var gücü ilə yanğını söndürməyə çalışır. Bunun üçün yüksək təyziqli su yanan quyular istiqamətidə püsgürdülür. Yanğın xeyli azalıb.

Söndürülmə işlərilə yanaşı itkin düşən neftçilərin axtarışı da davam edir. Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşının sözlərinə görə, axtarışa mane olan yeganə faktor hava şəraitidir.

Havanın əlverişsiz olması ilə əlaqədar helikopter platformaya enə bilmədi və biz FHN-in Səngəçaldakı aerodromuna qayıtmalı olduq.

"Günəşli" yatağında xilasetmə işləri aparan helikopterlər məhz bu aerodromdan havaya qalxır".

FHN aviasiya dəstəsinin təlimatçı bort texniki Etibar Nəzərov deyir ki, Azərbaycan - Türkmənistan, Qazaxıstan, Rusiya və İrandan razılıq alıb və Azərbaycan bu ölkələrin su sahilərində də axtarış işlərini davam etdirir.

"Günəşli" yatağında vəziyyətin nəzarət altına alınması üçün var güclərilə çalışdıqlarını deyən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirdi ki, bu onların həm vətəndaşlıq, həm də dövlət qarşısında borcudur:

"Bəzi adamlar yaranan bu vəzyyətdən öz məqsədləri üçün istifadə edirlər. Əminəm ki, nə zamansa, o insanların da vicdanı oyanacaq və görəcəklər ki, xilas etmə əməliyyatları nədir? Və ordakı xilasedicilər hər an özlərini təhlükəyə ata bilərlər".

Təhlükənin içində işləyən Fövqəladə Hallar nazirliyi əməkdaşlarının bu gün həm də peşə bayramıdır. Artıq 10 ildir ki, FHN-i bu günü qeyd edir.

Tarix
2015.12.17 / 00:25
Müəllif
Axar.az
Digər xəbərlər

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

Tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Misir Mərdanovdan nazirin qərarına reaksiya

DB buna görə Bakıya 410 milyon ayıracaq

Rusiyadan İrəvan və Bakıya “mesaj”: Nikol tələsməlidir

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü

MM-dən bəyanat: Korsika xalqının əzmi, qətiyyəti...

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

Mehriban Əliyevanın sədrliyi ilə bu şuranın ilk iclası keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla