Yuxarı

Mübariz Qurbanlı amerikalı səfirə etirazını bildirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mübariz Qurbanlı  amerikalı səfirə etirazını bildirdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib.

Axar.az xəbər verir ki, görüş zamanı Dövlət Komitəsinin sədri Azərbaycanın tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biri olduğunu deyib.

Müxtəlif dini konfessiyaların sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiyini qeyd edən Mübariz Qurbanlı ölkəmizdə dini tolerantlığın təbliği və radikalizmin qarşısının alınması ilə bağlı görülən işlər barədə danışıb.

ABŞ səfiri Azərbaycan dövlətinin tolerantlığın təşviqinə yönəlmiş fəaliyyətini regionda və dünyada sabitliyə töhfə kimi qiymətləndirib.

Komitə sədri həmçinin ABŞ Konqresinin Helsinki Komissiyasının rəhbəri, konqresmen Kris Smit tərəfindən irəli sürülmüş qanun layihəsi ilə bağlı fikirlərini ABŞ səfirinin diqqətinə çatdırıb. Bildirib ki, həmin qanun layihəsi bütövlükdə qərəzlidir və həqiqəti əks etdirmir. Bu tipli cəhdlər ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirməklə yanaşı, Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olub.

Çünki qanun layihəsi ABŞ-da fəaliyyət göstərən erməni diasporunun və onlarla bağlı olan müəyyən dairələrin Azərbaycana qarşı növbəti təxribatıdır. Azərbaycanda tarixən müsəlman, pravoslav, yəhudi və digər dini icmaların dinc, yanaşı şəkildə yaşamaları, ölkəmizin multikulturalizm və tolerantlıq ənənələri bütün dünyaya nümunədir. Qanun layihəsində Azərbaycanda dini azadlıqların pozulması haqqında iddiaların heç bir əsası yoxdur.

Tarix
2015.12.18 / 23:12
Müəllif
Vüqar Şahinoğlu
Digər xəbərlər

İlham Əliyev Belçika Kralını təbrik etdi

İlham Əliyev Endi Börnhemi təbrik etdi

İlham Əliyev Mixael Harmsla görüşdü

İlham Əliyev Almaniyaya səfər etdi - Foto

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Almaniya Azərbaycana yeni səfir təyin etdi

Prezidentdən İspaniyanın qələbəsi haqda: Yüksək ustalıq...

DÇ-2026-nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? - Video

Tramp və Sançez DÇ-nin finalında barışdı? - Foto

Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla