Yuxarı

Səməd Seyidov AŞ PA-nın yeni sədri görüşüb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səməd Seyidov AŞ PA-nın yeni sədri görüşüb

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış plenar sessiyasının üçüncü iş günündə Azərbaycanın qurumdakı nümayəndə heyətinin sədri Səməd Seyidov Assambleyanın yeni sədri An Brasörlə görüşüb.

Görüşdən sonra jurnalistlərə açıqlama verən S.Seyidov qeyd edib ki, görüşdə Azərbaycan nümayəndə heyəti ilə AŞ PA arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib:

"Bilirsiniz ki, qış plenar sessiyasında xanım An Brasör Avropa Şurası Parlament Assambleyasının yeni prezidenti seçildi. Xanım Brasör bu posta seçiləndən dərhal sonra Azərbaycan nümayəndə heyətinin rəhbərini öz ofisinə dəvət etdi və gələcək əməkdaşlıq məsələlərini müzakirə etdi. Azərbaycan nümayəndə heyəti olaraq, An Brasörü AŞ PA sədri postuna seçilməsi münasibətilə təbrik etdik və öz əminliyimizi bildirdik ki, yeni sədr Azərbaycan-Avropa Şurası münasibətlərinin konstruktiv şəkildə inkişaf etməsinə dəstək verəcək və Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar olaraq, lazım olan bütün dəstək və köməyini göstərəcək". (Trend)

Tarix
2014.01.29 / 19:05
Müəllif
Axar.az
Digər xəbərlər

İtaliya döyüşlərdə həlak olan 120 azərbaycanlını andı - Foto

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Xahişimi yerinə yetirdi, İrana təşəkkür edirəm - Tramp

Latviya prezidenti Ağ Şəhərdən danışdı: Möcüzə...

Prezidentlər biznes-forumda iştirak etdilər

İran BƏƏ-də iqlim silahına zərbə endirdi, quraqlıq bitdi – Şok

İlham Əliyevdən Rinkeviçslə görüşlə bağlı paylaşım - Video

Qriqoryanın Güllə Yunanıstanda qəribə görüşü - Foto

Bu nazirlik də yoxlamadan “üzüağ” çıxmadı

Hərbi xidmətlə bağlı bu cəzalara təkrar baxılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla