Yuxarı

BQXK maşınları yükü boşaldıb, Ağdama qayıtdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
BQXK maşınları yükü boşaldıb, Ağdama qayıtdı

07:22

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobilləri Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndi istiqamətinə hərəkət edir.

Axar.az xəbər verir ki, BQXK-yə məxsus avtomobillər (2 minik və 1 yük) Ağdam rayonu ərazisində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidəki postu keçiblər. Avtomobillərin içərisindəki yüklərin Qarabağda yaşayan erməniəsilli şəxslərə çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, sentyabrın 17-də Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, BQXK Azərbaycan tərəfinə müraciət edərək qarşı tərəfin 18 sentyabr tarixində Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razı olduğu barədə ilkin məlumat verib. Yaxın zamanlarda BQXK tərəfindən Azərbaycan tərəfinə bu barədə rəsmi nota təqdim edilməsi gözlənilir. Əvvəllər də qeyd edildiyi kimi, Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinin tələblərinə riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadənin təşkilinə hazırdır.

***

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük maşını Ağdam-Xankəndi yolu ilə Ağdama qayıdıb.

Belə ki, BQXK-yə məxsus avtomobilin içərisindəki un və tibbi ləvazimatlar Xankəndidə boşaldılaraq Ağdama geri qayıdıb.

Həmin yüklərin Qarabağda yaşayan erməniəsilli şəxslərə çatdırılması nəzərdə tutulur.

Tarix
2023.09.18 / 09:47
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı müharibəni bitirmək istədi, Paşinyan razı olmadı - Köçəryan

Bakıdakı parada Ermənistan və Avropadan qəribə reaksiya...

F-16-ların göyərtəsindən Bakı belə görünür - Video

İlham Əliyevin güclü liderliyinin göstəricisi... - Ərdoğan

Azərbaycan razılıq verərsə, görüş olar... - Uraloğlu

Ceyhun Bayramov Azərbaycan xalqını təbrik etdi

Eşq olsun Azərbaycan bayrağına! - Prezident

Türkiyə XİN Azərbaycanı təbrik etdi

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım etdi

Müharibədən sonra ən böyük qələbə: Yeganə ölkəyik ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla