Yuxarı

Azərbaycan xalqını incitdik, özümüzdən uzaqlaşdırdıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan xalqını incitdik, özümüzdən uzaqlaşdırdıq

İran hökumətinin Ermənistana dəstək siyasəti məğlubiyyətə uğrayıb.

Axar.az xəbər verir ki, bunu Təbrizin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi sosial media hesabında yazıb.

O, Vətən müharibəsi zamanı İranın Ermənistanı dəstəkləməsinin nəticələrinə toxunub:

“Azərbaycan və Ermənistan arasında ikinci müharibə bundan əvvəlki Həsən Ruhani hakimiyyəti dövründə baş verdi. İran hökuməti məsələ ilə bağlı yanlış mövqe tutdu və bu, Azərbaycan xalqının bizdən daha da uzaqlaşmasına səbəb oldu. Onlar bizim qohumlarımızdırlar, ancaq biz elə bir iş gördük ki, onlar bizdən incidilər”.

O, hazırkı hökumətin də eyni yanlış siyasəti yürütdüyünü, bunun qarşılığında isə Ermənistanın Qərbə üz tutduğunu, ABŞ-la birgə hərbi təlimlər keçirdiyini xatırladıb:

“Ermənistan regional siyasətini yenidən formalaşdırır, NATO-nun bölgədə yerləşməsinə zəmin yaradır. Biz isə Ermənistana görə, Azərbaycan xalqını özümüzdən uzaqlaşdırdıq. Bu, İranın necə aldandığını və səhv siyasi kurs seçdiyini göstərir”.

Tarix
2023.09.29 / 10:18
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla