Yuxarı

Axar.Az Logo

Qarabağı Donbasla müqayisə etmək cahillikdir - Markov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donbas və Qarabağ. Görürəm ki, bəziləri Qarabağı Donbasla müqayisə etməyə çalışırlar. Bu, tamamilə qəbuledilməzdir və tarixi baxımdan sadəcə cahillikdir.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Axı Donbas 2014-cü ildə rus dilini qadağan etmək istəklərini gizlətməyən ultramillətçilərin, hətta faşistlərin hakimiyyətinə qarşı üsyan qaldırdı. Qarabağ isə 1988-ci ildə SSRİ-nin hər yerində olduğu kimi, xalqlar arasında dostluq kultu olan tamamilə beynəlmiləl Azərbaycana qarşı üsyan qaldırdı.

Donbas Kiyevdəki çevrilişə cavab verib. Xuntanın hakimiyyəti ələ keçirməsinə və repressiyalarına cavab vermək məcburiyyətində qalıb. Rus xalqı Ukraynadan kütləvi şəkildə qaçıb. Qarabağ isə ilk olaraq üsyanı özü başladıb. Və azərbaycanlılarla elə rəftar ediblər ki, onlar kütləvi şəkildə Qarabağdan qaçıblar.

ABŞ Kiyev xuntasını dəstəkləyir. Donbası isə Moskva. 1988-ci ildə Bakı Moskvanı tuturdu, Moskvanın tam nəzarəti altında idi. Qarabağ Komitəsi isə ABŞ tərəfdarı idi, Bonner, Starovoytova və Yeltsin tərəfindən fəal şəkildə dəstəklənirdi.

Donbası Qarabağla müqayisə edib incitməyin.

Gələcək. Qarabağ Azərbaycanın oldu. Paşinyan onu ABŞ və Fransa ilə “gözəl əyləncə üçün” “təslim” etdi. Donbas əbədi olaraq Rusiya ilədir”, - Markov bildirib.

Tarix
2023.09.29 / 12:04
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Mirzoyan Blinkenlə görüşdü, Bakı ilə əlaqələrdən danışdı

Arutyunyanın sensasion ifadəsi: Gəncəyə atəş əmrini o verib

Litvalı deputatlar Azərbaycan sərhədinə gəldi

Paşinyan göstəriş verib, azərbaycanlılar geri qayıdacaq

“AzərEnerji”dən zəlzələ olan ərazilərlə bağlı məlumat

AB Ermənistan ordusuna yardıma hazırlaşır

Ərdoğan TŞ-ni topladı: Qafqazda sülh müzakirəsi...

FHN-dən Mingəçevirdəki zəlzələ ilə bağlı açıqlama

Bakıda saxlanılan cinayətkarlar Şahramanyana zəng etdi...

Naxçıvanın 2024-cü il büdcəsi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla