Yuxarı

Separatçıların məsələsi İrəvanla Bakının işidir - Rusiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Separatçıların məsələsi İrəvanla Bakının işidir - Rusiya

Qarabağdakı separatçıların “liderlər”inin həbsi ilə bağlı məsələ İrəvan ilə Bakı arasında həll olunmalıdır. Çünki saxlanılan şəxslər Ermənistan vətəndaşlarıdır.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin qondarma qurumun keçmiş “rəhbər”lərinin Azərbaycan tərəfindən saxlanılması və Moskvanın konkret olaraq Ruben Vardanyanla bağlı nəsə tədbir görməyə hazır olub-olmaması ilə bağlı suala cavabında bildirib.

Nazir müavini qeyd edib ki, saxlanılan şəxslərin məsələsi Ermənistanla Azərbaycanın hakimiyyət orqanları arasında həll olunmalıdır:

“Ən ümumi şəkildə deyə bilərəm ki, söhbət ilk növbədə Ermənistan vətəndaşlarından və ya Rusiya vətəndaşlığından könüllü olaraq imtina etmiş şəxslərdən gedir. Ona görə də bu məsələlər ilk növbədə bu şəxslərin vətəndaşı olduqları Ermənistanla Azərbaycan Respublikasının hakimiyyət orqanları arasında həll olunmalıdır. Mən toxunmadığım vacib bir məqama da diqqətinizi çəkmək istəyirəm. Bu, o məqamdır ki, rəsmi İrəvan hansısa mərhələdə onun Qarabağ ermənilərinin taleyi ilə heç bir əlaqəsinin olmadığını və bununla bağlı bütün məsələlərin Qarabağın erməni nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında dialoq çərçivəsində həll edilməli olduğunu deməyə başladı. Çox təəssüf ki, bu baş verdi. Mən diqqətinizi buna cəlb edirəm”.

Tarix
2023.10.09 / 12:57
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Moskva arasında kritik müzakirə

Azərbaycanda bu tələblər sərtləşdirilir

Azərbaycanda bu qanun ləğv edilə bilər

Əsabil Qasımov Peterburqda 60 milyonluq kompleks aldı

Litva baş naziri Azərbaycana gəldi

Atəşkəsə nail olan 3 ölkə və İranı silahlandıran 2 güc...

Qalib Qasımov işdən çıxdı

Ceyhun Bayramov iranlı həmkarı ilə nələri müzakirə etdi?

Sibiqa Ceyhun Bayramova zəng etdi

Bakı və Astana hərbi əməkdaşlığı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla