Yuxarı

Bu silahlardan əvvəl Azərbaycan zərbəsini alacağıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu silahlardan əvvəl Azərbaycan zərbəsini alacağıq

Rusiya siyasəti 2012-2013-cü illərdən bəri köklü şəkildə dəyişdi və Ukrayna müharibəsi başlayandan sonra çox aydın dəyişikliklərə məruz qaldı. Ukrayna müharibəsi və Qərbin sanksiyaları nəticəsində Rusiya daim sanksiyaların təsirini yumşaltmağın yollarını axtarır. Və bu məntiq çərçivəsində Türkiyə və Azərbaycan Rusiya üçün son dərəcə əhəmiyyətli ölkələrdir. Bilirsiniz, çox dərin dəyişikliklər baş verir. Əgər yaxın vaxtlara qədər bu region və ya onun təhlükəsizlik sistemi müstəsna olaraq Rusiya faktoru üzərində qurulmuşdusa, indi o, Rusiya və Türkiyə üzərində qurulub, yəni Türkiyənin təsiri artıb və indi bu bölgədə təhlükəsizlik sistemimizin iki sponsoru var: Rusiya və Türkiyə.

Axar.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

“Ən azı bu bir faktdır ki, Cənubi Qafqazda artıq təkcə Rusiya deyil, Rusiya-Türkiyə təsiri var. Bu kontekstdə Qərbin ciddi təsiri açıq-aydın yoxdur. Bir halı da diqqətinizə çatdırmaq istəyirəm. Deməli, Rusiya, Türkiyə və İranın çoxlu ziddiyyətləri olsa da, mütləq nəzərə çarpan odur ki, onların arasında bu regiona xarici oyunçuların girişini əngəlləməklə bağlı yazılmamış konsensus var, “3+3” formatı məhz belədir. Qlobal mənada Qərb bütün dünyada zəifləyir. Bu aydındır. Qərb qlobal cənub uğrunda mübarizəni uduzdu və dünyada sadəcə olaraq Qərb hegemonluğunu tanımayan ölkələrin sayı artır. Unutmayaq ki, Ərəb-İsrail müharibəsindən əvvəl baş tutan və ölkələrin az qala yarısı Qərb dövlətləri olan son G-20 sammitində Ukrayna məsələsində Rusiyanı qınayan qətnamə qəbul edə bilmədilər. Harada görmüsünüz ki, Qərb Ermənistanın ərazi bütövlüyünü və təhlükəsizliyini praktiki olaraq müdafiə etməyə hazırdır? Almağı planlaşdırdığımız silahlara gəlincə, Fransanın silahlarını alandan sonra nəticə çıxaracağıq. Təbii ki, biz onları almaya da bilərik. Bu hərbi texnika Ermənistana hansı logistik marşrutla gətiriləcək?

Bu sazişi müsbət qiymətləndirirəm, amma deyə bilərsinizmi ki, Ermənistana hansı marşrutla daşınacaq? Gürcüstan 44 günlük müharibə zamanı və ondan sonra bir neçə dəfə öz ərazisində Ermənistana silah daşınmasını qadağan edib. İran öz ərazisində Qərb silahlarının tədarükünə icazə verməyəcək, bu, göz qabağındadır. Bəs Türkiyə və Azərbaycan bu silahların Ermənistana verilməsinə niyə icazə verməlidir? Bu əməliyyatı təhlükəsizliyin təminatı kimi qəbul etməyin. Fransanın öz məqsədləri var, onları ermənilərin problemləri maraqlandırmır. Bu gün Makronun hara getdiyinə baxsanız, hər şey aydın olacaq. Effektiv hərbi-texniki əməliyyatlar səssizcə baş verir. Bu səs-küyə görə Bakı getdikcə daha çox Ermənistana qabaqlayıcı zərbə endirməyə meyillənir, yəni bu səs-küyə görə biz bu silahlardan əvvəl Azərbaycan zərbəsini alacağıq. Əlavə edim ki, onlar bu müqavilənin siyasi və təhlükəsizlik əhəmiyyətini çox şişirdirlər”, - o bildirib.

Tarix
2023.11.04 / 16:42
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı açıqlama

Dünya Şəhərlər Günü 2026-cı ildə Çində keçiriləcək

İlham Əliyev Tomaş Tarabanı qəbul etdi

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla