Yuxarı

NASA-nın yeni siyahısı: Bürclər dəyişir - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:58

NASA dünyanın orbiti ətrafında dəyişikliklər müşahidə etdiyi üçün bürclərin tarixlərinin dəyişdiyini açıqlayıb. Yayılmış yeni siyahıda bürclərin sırasına daha biri – ilan (ilantutan) əlavə edilib.

Astroloq Firudin Qurbansoy Axar.az-a açıqlamasında dünyada 88 bürcün olduğunu bildirib.

“Günəş bir az maili olaraq əyildiyi üçün ilantutan bürcü bizə çox yaxınlaşıb. Amma bu, bürclər siyahısına əlavə oluna bilməz. Yəni, Günəş sisteminin oxu 12 bürcün ətrafından keçməsinə rəğmən, istiqamətini bir balaca dəyişib. Ona görə də 12 deyil, 13 bürcün ətrafından keçir. Amma nəticə etibarilə yenə də 12 bürc olacaq. Böyük ehtimalla əqrəb bürcü ixtisara düşəcək.

İlan bürcü deyilən anlayış yoxdur, onun adı ilantutandır. 30 noyabrdan 16 dekabra qədər müddətdə Günəş həmin bürcün qonağı olur. Bu, həmişə belə olub. Yəni bu 17 gün ərzində 13-cü bürc olan ilantutan bürcü qüvvədə olur”, - astroloq bildirib

F.Qurbanlı deyib ki, 100 il sonra balıq bürcü də sıradan çıxacaq:

“Yer kürəsi fırlanaraq, balıq bürcünü də 100 ildən sonra sıradan çıxaracaq. Yəni dolça ilə bürclər yekunlaşacaq. İl ərzində uzaq ulduzların fonunda Günəşin görünən yolu - ekliptika üzrə hərəkət 12 bürcü əhatə edir. 76 bürc sadəcə bu trayektoriyadan çox uzaqda olduğu üçün “istifadəsiz qalır”.

Əslində, ulduz topalarını xəyali xətlə birləşdirərək, onlara müxtəlif adlar veriblər. Həmin bürclərdən hər birindəki ulduzlar arasında isə məsafə ağlasığmaz dərəcədə böyükdür. İndi keçid mərhələsi olduğu üçün 13-cü bürc məsələsi gündəmdədir. İlantutan bürcü ekliptikadan daha uzaqda yerləşir. Lakin tezliklə yenidən 12 bürc olacaq”, - astroloq bildirib

NASA-nın yaydığı son siyahını təqdim edirik:

Oğlaq: 20 yanvar-16 fevral

Dolça: 16 fevral-11 mart

Balıq: 11 mart-18 aprel

Qoç: 18 aprel-13 may

Buğa: 13 may-21 iyun

Əkizlər: 21 iyun-20 iyul

Xərçəng: 20 iyul-10 avqust

Şir: 10 avqust-16 sentyabr

Qız: 16 sentyabr-30 oktyabr

Tərəzi: 30 oktyabr-23 noyabr

Əqrəb: 23 noyabr-29 noyabr

İlan: 29 noyabr-17 dekabr

Oxatan: 17 dekabr-20 yanvar.

Tarix
2023.12.11 / 14:43
Müəllif
Elmin Sərdarlı
Digər xəbərlər

İlham Əliyev Xocalıda... - Foto

Putin azərbaycanlı polkovniklə salamlaşdı - Video

Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens

Tarix necə dəyişdi? – 9 Mayla bağlı maraqlı sənəd - Foto

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla