Yuxarı

Bayramov Pinto ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət başçılarının 19-cu Zirvə Toplantısında iştirakı çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Axar.az-a bildirilib ki, görüş zamanı Azərbaycan və Venesuela arasında humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlıq gündəliyi, habelə ikitərəfli və çoxtərəfli müstəvilərdə təmaslar müzakirə edilib.

Azərbaycan Respublikası və Venesuela Bolivar Respublikası arasında aktiv ikitərəfli əməkdaşlıq gündəliyindən söz açan nazirlər, iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil, turizm və s. əməkdaşlıq imkanlarının genişlənməsi persperktivlərinin mövcudluğunu vurğulayıblar.

Görüş zamanı, həmçinin Azərbaycan və Venesuela arasında münasibətlər üçün ölkələrin xarici siyasət qurumları arasında keçirilən siyasi məsləhətləşmələrin vacibliyi qeyd edilib, növbəti siyasi məsləhətləşmələr haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər də müzakirə edilib.

Tarix
2024.01.20 / 00:07
Müəllif
Axar.az
Digər xəbərlər

Qeyri-ruslara hücum: Rusiya nədən “qəzəblənib”?

Rusiyanın Yekaterinburq terrorunda məqsədi məlum oldu

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Rusiya altı azərbaycanlını həbs etdi

Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi

Azərbaycanda böyük narazılıq var... - Markov

Rusiyanın Azərbaycanda bütün tədbirləri ləğv edildi

İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik

Yekaterinburq zorakılığı: Həmyerlimiz həbs edildi

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla