Yuxarı

Şeyxin qardaşından Oqtay Əsədova şikayət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeyxin qardaşından Oqtay Əsədova şikayət

"Sədərək" ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlar Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşkür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadədən şikayət etməyə hazırlaşır.

Sahibkarlardan bir qrupunun bildirdiyinə görə, C.Paşazadənin "Binə" və "Sədərək" ticarət mərkəzlərinin bağlanması ilə bağlı çıxışı narazılıqla qarşılanıb.

Deputatın bu çıxışına etiraz olaraq sahibkarlar Milli Məclisin sədri Oqtay Əsədova müraciət edəcəklər. Müraciətdə deputatın fikirlərinə etiraz ifadə olunacaq və həmçinin məsələyə parlament rəhbərliyi səviyyəsində münasibət bildirilməsi tələb ediləcək. Sahibkarların fikrincə, C.Paşazadənin bu bəyanatla çıxış etməsi sahibkarların fəaliyyətinə əngəl yaradır.

Qeyd edək ki, C.Paşazadə "Qafqazinfo"ya müsahibəsində "Bakı kimi bir şəhərdə, "Sədərək", "Binə" kimi bazarların qurulmasının əleyhinəyəm. Bu qadağa dövlət siyasəti olmalıdır. Hər gün 50 min insan toplaşan bir yerdən nə desən gözləmək olar. Bu bazarlar həm də Azərbaycanın iqtisadiyyatına zərər verir. Şəhərin yarısında tıxac yaradan həmin bazarlardır. Nə səhər, nə də ki axşam tərəfi Bakıya giriş-çıxış mümkün olmur". ("AzNews.az")

Tarix
2014.02.05 / 20:16
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla