Yuxarı

Nazirlər Kabinetinin dəyişməməsinin səbəbləri...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 16-də Prezident İlham Əliyev Nazirlər Kabinetinin tərkibini təsdiqlədi. Bir nazir (Fikrət Məmmədov) və bir komitə sədri (Mübariz Qurbanlı) istisna olmaqla kabinet üzvləri vəzifələrində qaldı.

Nazirlər Kabinetinin dəyişməməsi diqqət çəkir. Görünən odur ki, onlara Prezident etimad göstərir.

Xatırladaq ki, bəzi proqnozlar Kabinetin tərkibinin əsaslı şəkildə dəyişəcəyi yönündə idi. Nazirlər Kabinetinin dəyişməməsi nə ilə bağlıdır? Nələr olacaq? Yeni dövrdə hansı yeniliklərə şahidlik edəcəyik?

Axar.az xəbər verir ki, deputat Hikmət Babaoğlu Globalinfo.az-a ​açıqlamasında Prezident tərəfindən Nazirlər Kabinetinin bu tərkibdə təsdiq olunacağının gözlənildiyini deyib:

“Azərbaycanda islahatların aparılması və buna bağlı olaraq mövcud siyasi komandanın dəyişməsi radikal formada təzahür etmir. Bu, ardıcıl islahatlar kontekstində baş verir. Əslində seçkilərdən öncə Nazirlər Kabinetinin bu tərkibdə qalacağı bilinirdi. Çünki bu kabinet ən kritik dövrdə iqtisadiyyatın qorunması və inkişaf etməsi ilə bağlı işlər görüb. Misal üçün, 44 günlük müharibə zamanı, eləcə də pandemiya dövründə bu kabinet ortaya real iş qoyub.

Azərbaycan Prezidenti cənab İlham Əliyev andiçmə mərasimi zamanı çıxış edərkən ölkəmizin gələcəyi ilə bağlı konseptual məsələləri qeyd etdi. Bu fikirlər həm də Nazirlər Kabinetinin bundan sonrakı işinin əsasını təşkil edəcək.

Qarşıda görüləcək işlər çoxdur. İnnovativ yeniliklərin tətbiqi, yaşıl enerji sahəsində işlərin görülməsi, habelə vətəndaşlara keyfiyyətli xidmət kimi çox məsələ var.

Hesab edirəm, yeni hökumət kabineti yeni çağırışlar üzrə öz fəaliyyətlərini quracaq. Cənab Prezidentin müəyyən etdiyi kursun icrasını yüksək səviyyədə yerinə yetirəcəklərini düşünürəm. Bu proses ardıcıl, davamlıdır. Hədəflərimiz bəllidir. Sevindirici haldır ki, yenidən Baş nazir seçilən Əli Əsədov da Prezidentin çıxışda qeyd etdiyi məqamlar üzrə işlərin görüləcəyini qeyd edib”.

Tarix
2024.02.17 / 14:46
Müəllif
Axar.az
Digər xəbərlər

Bu tay, o tay, bir-birimizlə qohumuq... - Pezeşkian

Pezeşkian AzTV-yə müsahibə verdi - Video

İlham Əliyev Pezeşkiana başsağlığı verdi

XİN bu ölkəni təbrik etdi

Prezidentə bəhs edilən azərbaycanlı gənc... - Video

İlham Əliyev bu ölkə prezidentlərini təbrik etdi

XİN İrana başsağlığı verdi

Sahibə Qafarova Roma Papasının dəfn mərasimində - Foto

İrandan Pezeşkianın Bakı səfəri barədə yeni açıqlama

Müqavilə mayın 9-da imzalanacaq? – Nikoldan reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla