Yuxarı

Qərb Türkiyənin gizli planlarını PKK-ya satdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərb Türkiyənin gizli planlarını PKK-ya satdı

Türkiyə döyüş təyyarələrinin Şimali İraqda keçirdiyi ardıcıl hava hücumlarından sonra PKK terrorçuları bölgəni tərk etməyə başlayıb.

Axar.az Mehmetcik TV-yə istinadla xəbər verir ki, Qəndil dağlarından geri çəkilən separatçılar Sincar dağlarında möhkəmlənmək qərarına gəlib.

"Akit" qəzetinin kəşfiyyat orqanlarından əldə etdiyi məlumata görə, terrorçuların qəfil hazırlığı Qərb kəşfiyyatından daxil olan məlumatlardan sonra daha da sürətlənib. Çünki bir müddət əvvəl Türkiyə xüsusi təyinatlıları Qəndildən geri çəkilməyə hazırlaşan yaraqlılara qarşı genişmiqyaslı əməliyyata hazırlaşırmış. Hava hücumlarından sonra terrorçu qərargahlarında quru əməliyyatı keçirəcək ordu birlikləri təşkilatın əsas üzvlərini canlı ələ keçirərək Türkiyəyə gətirəcəkdi.

Məhz bu səbəbdən gizli əməliyyat planından xəbər tutan terrorçular Mosulun 120 kilometrliyində yerləşən Sincar dağlarına üz tutub.

Sincar dağının seçilməsinin bir neçə önəmli səbəbi var. Regionun başlıca müsbət xüsusiyyəti isə Məsud Bərzani liderliyindəki İraq Regional Kürd Rəhbərliyi və İrana daha yaxın olmasıdır.

Qeyd edək ki, Sincar bölgəsi 2014-cü ilin avqustunda İŞİD tərəfindən işğal olunmuşdu. Lakin peşmərgə qüvvələri 2015-ci ilin noyabrında Sincarı tamamilə nəzarət altına alıb.

Bölgə İŞİD-in iki əsas qalası - Suriyadakı Rakka və Şimali İraqdakı Mosul şəhərləri arasında strateji mövqedə yerləşir. Sincarın alınması ilə İŞİD-in əsas qolları arasında əlaqə kəsiməli idi.

Sincar dağının kürdlər tərəfindən azad edilməsində ABŞ döyüş təyyarələrinin müstəsna xidməti olub. Vaşinqtonun bölgəni azad etdikdən sonra PKK-nın Sincara daşınma planları ilə əlaqəli olub-olmadığını isə zaman göstərəcək.

Tarix
2016.02.15 / 18:13
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?

Bakı ermənisi olan senator qiyabi həbs olundu

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

Bakı və Ankara arasında hərbi əməkdaşlıq müzakirə edildi

Bu ölkələrin qərəzli sənədlərini rədd edirik - MM

Tramp bəyan etdi: Bu gün axşam İranla...

"Expressbank" əməkdaşları üçün seminar keçirildi - Foto

İsanın heykəlini sındırana cinayət içi açılıb – Netanyahu

İranın gizli oyunu: Silahlar yenidən işə düşür?

Bu ölkələrin səfirləri XİN-ə çağırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla