Yuxarı

Ruslanı yalvara-yalvara azad edəcəklər - Polkovnik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ruslanı yalvara-yalvara azad edəcəklər - Polkovnik

Ermənistan Azərbaycana yalvararaq Ruslan Pənahovu azad edəcək. Daha doğrusu, əsgərimizin azad olunması ilə bağlı qərar qəbul etməyə məcbur olacaq. Narahat olmağa dəyməz. Bəzi məsələlər var ki, hələlik açıqlaya bilmirəm, lakin deyə bilərəm ki, çox qısa bir müddətdə əsgərimiz azad olunacaq. O, heç bir təxribat, terror və ya hər hansı cinayət törətməyib. Onun həbs edilməsi absurddur.

Bu sözləri Axar.az-a əlverişsiz hava şəraitində azaraq Ermənistan tərəfə keçən Ruslan Pənahovun İrəvanda həbs edilməsi ilə bağlı danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

Hərbi ekspert bildirib ki, bu, Ermənistanın növbəti saxtakarlıq və hiyləgərliyidir:

“Azərbaycan 2020-ci ildən bu günə qədər heç bir şərt irəli sürmədən yüzlərlə erməni hərbçini azad edib. Hansı ki, o hərbçilərin Azərbaycan ərazisində həqiqətən terror və digər cinayətlərdə iştirakı sübut olunmuşdu. Bu, Ermənistanın bizə “çox sağoludur” ki, əlverişsiz hava şəraitində yolunu azan əsgərimizi terrorçu elan edib, 5 uydurma maddə ilə cinayət işi açır.

Azərbaycan cəmiyyətində belə bir fikir formalaşıb ki, guya Ermənistan tərəfi Bakıda həbsdə olan sepratçıları – Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Levon Mnatsakanyan, David Manukyan, David Babayan, Ruben Vardanyan və Davit İşxanyanı dəyişmək üçün Ruslan Pənahovu həbs edib. Yox, belə deyil, Ermənistanda bu separatçıları çoxdan unudublar. Azərbaycanda xeyli sayda cəza çəkən erməni terrorçu var. Onların bir neçəsini azad etmək üçün Ruslan Pənahovu həbs edib. Lakin buna nail ola bilməyəcək. Ermənistan sonda Azərbaycan deyəni edəcək”.

Tarix
2024.02.29 / 12:06
Müəllif
Valeh Dadaşov
Digər xəbərlər

Azərbaycandan sonra ən vacib səfərim... - Vuçiç

Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər

İlham Əliyevdən Avropa çempionları ilə bağlı paylaşım

Ukrayna danışıqları Azərbaycanda keçiriləcək? - Kreml

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla