Yuxarı

Erməni ordusu sərhəddə buna görə aktivləşib - Vasadze

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanın xüsusi bir şeyə hazırlaşdığını düşünmürəm.

Bunu Axar.az-a açıqlamasında gürcü politoloq Gela Vasadze Ermənistanın Azərbaycanla şərti sərhədində erməni qoşunlarının fəaliyyətini şərh edərkən deyib.

“Bütün gərgin vəziyyət Brüsseldə gözlənilən Ermənistan-AB-ABŞ görüşü ilə bağlıdır. Təbii ki, proksi təxribatlar mümkündür, lakin bu, yalnız xoşagəlməz hadisələrə səbəb ola bilər. AB-nin İrəvandakı missiyasının qeyri-adi hərbi hərəkəti qeydə almadıqları barədə bəyanatına gəlincə, deyə bilərəm ki, AB missiyası və Azərbaycanın sadəcə olaraq eskalasiyanın nə olduğu barədə fərqli fikirləri var”, - o bildirib.

Vasadze Rusiya ilə Ermənistan arasındakı son gərginliyi nəzərə alaraq, Moskvanın baş verən hər şeyə reaksiyasına da toxunub:

“Moskva həmişə gözlənilməzdir, amma düşünürəm ki, reaksiya olarsa, bu, proksi səviyyəsində olacaq”.

Bakının İrəvandan gözlənilən təxribatlara reaksiyasına gəlincə, o, qeyd edib ki, Azərbaycan lazımi şəkildə hərəkət etməlidir:

“Bakı döyüş hazırlığını gücləndirməli, rabitə kanallarını açıq saxlamalıdır”.

Tarix
2024.04.03 / 15:51
Müəllif
Ruslan, Zeynəb
Digər xəbərlər

Ukrayna darmadağın etdi: Bu, Kreml sahibinə imic zərbəsidir

“Tuşonka-2” əməliyyatı başlayır: İfşalar olacaq - Şahnazaryan

Çin-ABŞ gərginliyi artır: Tramp ilk dəfə “soyuq savaş” dedi…

Sahil Babayev sahibkarları sevindirir – Ekspert alqışladı

Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

Səfirimiz İran xarici işlər nazirinin müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla