Yuxarı

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Mayın 4-də xaricdə mühacirətdə yaşayan Güney azərbaycanlı ziyalı, jurnalist, yazıçı, siyasi fəal və insan haqları müdafiəçilərinin iştirakı ilə "Azərbaycan və stabil demokratiyanın formalaşması prosesi" adlı onlayn konfrans keçiriləcək.

Bu barədə Axar.az-a konfrans təşkilatçıları məlumat verib.

Konfransda tanınmış şəxslər, o cümlədən əslən Həmədandan olan 2003-cü ilin Nobel Sülh mükafatı laureatı, hüquq müdafiəçisi Şirin İbadi çıxış edəcək.

Həmçinin, Fransada yaşayan tədqiqatçı Ziya Sədrüləşrafi, İsveçdə olan jurnalist və yazıçı Əlirza Ərdəbili, siyasi fəal Yunis Şamili, Məhəmmədhüseyn Yəhyayi, Fransada yaşayan hüquq müdafiəçisi Jalə Təbrizi, Almaniyadan olan siyasətçi Həsən Şəriətmədari və başqaları qeyd olunan mövzu ilə bağlı fikirlərini bölüşəcəklər.

Qeyd edək ki, bu, müxtəlif siyasi düşüncələrə və cərəyanlara bağlı olan Güney Azərbaycan əsilli nüfuzlu şəxslərin bu qəbildən olan ilk konfransıdır.

Tarix
2024.04.23 / 15:28
Müəllif
Axar.az
Digər xəbərlər

Suşi sexində ciddi nöqsanlar aşkarlandı

Baş nazirdən “Sea Breeze Resort”la bağlı qərar

Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi...

Baş nazirdən bu rayonlarla bağlı qərar

Azərbaycan Türkiyəyə başsağlığı verdi

Bakıda QH-nin qərargahı yaradılacaq

Azərbaycanda bu şəxslərin maaşları artacaq - Qərar

Bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının diqqətinə!

Ceyhun Bayramov rumıniyalı nazirlə danışdı

Bayramov Pier-İv Fuksu qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla