Yuxarı

Böyük Türkiyə planı iflasa uğrayır – Dönüş nöqtəsi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Böyük Türkiyə planı iflasa uğrayır – Dönüş nöqtəsi

Türkiyə ətrafında qurulan oyunlar demək olar ki, iflasa uğrayır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşavirinin sözlərinə görə, ərəb ölkələri, İran, Rusiya, hətta bəzi Avropa ölkələri daxilində Türkiyənin fəal xarici siyasətindən narahat olan qüvvələr fəallaşıblar:

"Məqsəd bu dinamıkanı dayandırmaq və Türkiyəni küncə sıxılmış vəziyyətdə saxlamaq, ölkə daxilində sabitliyi pozmaq, hətta müəyyən ərazilərini parçalamaqdır. Bütün son baş verənlər məhz buna hesablanıb. Son teraktlar PKK, DHKPC və digər terror təşkilatlarının əli ilə həyata keçirilir. Bu təşkilatların ideoloji platformaları fərqli olsa da, hədəflər eynidir. PKK-nın Nijni Novqorod ətrafında təlim düşərgələri, Moskvada isə nümayəndəlikləri var. Yəni Rusiya PKK-nı son zamanlar aktivləşdirir. Üstəlik, Suriya vasitəsilə rus ordusunun PKK-ya silah ötürməsi faktı da intensivləşir. Görünür, PKK-ya beynəlxalq himayə gücləndirilir. Adını çəkmirəm, burada başqa bir dövlət də himayəçilik edir. Bütün bunlara rəğmən, terrorçuların Türkiyə ərazilərindən təmizlənməsi prosesi tamamlanmaq üzrədir".

Q.Hüseynli qeyd edib ki, PKK terroru ilə bağlı artıq Avropada ikili standartlardan üzdöndərmə meyilləri baş qaldırır:

"Bu, birbaşa Türkiyənin PKK-ya qarşı fəaliyyətinə də sirayət edəcək. Bu yaxınlarda müəyyən nəticələrin şahidi olacağıq. Bununla yanaşı, Rusiya da Türkiyə ilə bağlı səylərini artırır. Moskva artıq müəyyən sanksiyaları geri çəkməyə, türk tikinti şirkətlərinə yeni sifarişlər verməyə başlayıb. Düzdür, turizm sahəsində qadağalar götürülməsə də, 3-cü ölkə vasitəsilə Türkiyəyə gedən rusların sayı artmaqdadır. Rusiyanın turizm şirkətləri isə bununla bağlı artıq hökumətə bildiriblər. Bu istiqamətdə dönüş ehtimalı yüksəkdir".

Tarix
2016.04.01 / 22:38
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla