Yuxarı

Ermənilər MN-i suçladı: "Kabinet siçovulları..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər MN-i suçladı: "Kabinet siçovulları..."

Ermənistan mətbuatı Müdafiə Nazirliyinə qarşı sərt tələblə çıxış edib.

Axar.az "Kavkaz Onlayn"a istinadən sözügedən mətni təqdim edir:

"Məlum olduğu kimi, heç bir müharibə insan tələfatı olmadan ötüşmür.

Azərbaycan Müdafiə Nazirliyi öz itkiləri haqda açıqlama ilə çıxış etdi. Və biz ermənilər də məlum səbəblərə görə öz itkilərimiz haqda dəqiq məlumat əldə etmək istəyirik.

Lakin bizim əlimizdə olan məlumatlar tam deyil. Erməni jurnalistləri tibb mərkəzlərindən, kilsələrdən, təsadüfi şahidlərdən məlumat almaq məcburiyyətindədir.

Hadisə şahidləri isə dəhşətli şeylər danışır: yaralıları daşımaq üçün helikopterlərin kifayət etmədiyi, yaralıların avtobillərlə daşındığı, qardaşlarımızın yolda öldüyü, xəstəxanaların yaralıları qəbul etmək üçün kifayət qədər həkimi və dərmanları olmadığı bildirilir.

Bu söylənilənlərdən bəziləri hadisə şahidlərinin yaşadığı psixoloji şokla bağlı olaraq şişirdilə bilər, amma burda həqiqət var.

Kritik situasiyalarda həmişə informasiyanın subyektivliyinə rast gəlinir. Lakin həqiqətləri bilmək xalqın haqqıdır.

Hardadır bizim Müdafiə Nazirliyinin rəsmi açıqlaması? Yoxdur. Kabinet siçovulları ağızlarına su alıblar.

Bu məlumatsızlıq təkcə yaxın və doğmaların narahatlığına səbəb olmur, həm də xalqın vətənpərlik hissinə mənfi təsir göstərir.

Bununla yanaşı məlumatsızlıq informasiya müharibəsində məğlub olmağımız üçün şərait yaradır.

Həqiqət acı olsa da, onu bilməliyik".

Tarix
2016.04.02 / 22:39
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla