Yuxarı

İsrail İrana zərbə ilə rejimi bitirə bilər - SEPAH polkovniki

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail İrana zərbə ilə rejimi bitirə bilər - SEPAH polkovniki

İsrail İrana mütləq hücum edəcək. Lakin bunun yaxın günlərdə olacağını düşünmürəm. Çünki İsrail kəşfiyyat məlumatları əsasında iş görür. Kəşfiyyatın qərarından asılı olaraq hücuma keçəcək. İran daxilində də xalqı hücumla bağlı hazırlayıblar. Yəni İran da İsrailin hücumunu gözləyir.

Bu sözləri Axar.az-a SEPAH-ın azərbaycanlı eks-polkovniki Əli Rzayi İsrailin İranın hansı hədəflərini vuracağı ilə bağlı ehtimallardan danışarkən deyib.

Onun sözlərinə görə, hər şey İsrailin məqsədindən asılıdır:

“Sadəcə, Tehrana cavab xətrinə hücum edərsə, İranın itkiləri çox olmayacaq. Yox, əgər, niyyəti ciddi olsa, ölkədə rejim dəyişikliyinə də səbəb ola bilər.

İsrailin vuracaqları hədəfləri təxmin etmək olar. ABŞ nüvə obyektlərinin vurulmasını istəmir. İsrail də islam ölkəsinə böyük ziyan vurmaq istəsə, çalışacaq ki, vurduğu hədəflər uzunmüddətli problemlərə gətirib çıxarsın. Əsas hədəf İranın infrastrukturudur. Məqsəd isə İran daxilində rejimə qarşı xalq etirazlarını başlatmaqdır. Məsələn, elektrik stansiyaları hədəfdə ola bilər. Yanacaqdoldurama məntələri vurulacaq ki, benzin qıtlığı yaransın və maşınların hərəkətində problem olsun. Bu da xalqın gələcək günlərdə etirazına səbəb ola biləcək addımlardır. Pəhləviləri də hakimiyyətə hazırlayırlar və rejimi devirib, onları hakimiyyət başına keçirmək istəyi mümkündür”.

Polkovnik bildirib ki, dünya ölkələri bu münaqişənin alovlanmasını istəmir:

“Çünki İsrailin cavab zərbəsinə gərək İran yenə cavab versin və bu davamlı ola bilməz. Həm də ehtiyat edirlər ki, İran ətrafındakı ölkələrə hücum edəcək. Odur ki, İsrail ABŞ-ın məsləhəti ilə ciddi münaqişəyə gətirib çıxaran hədəfləri vurmayacaq”.

Tarix
2024.10.09 / 08:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

Bakıda qadınlarla bağlı maraqlı təkliflər

Bayramov Rebeka Qrinspanla görüşdü

Böyük Britaniya səfiri Azərbaycanı tərk edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla