Yuxarı

Manukyan: Müharibədən əvvəl Əliyevə bunu niyə dedin? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Manukyan: Müharibədən əvvəl Əliyevə bunu niyə dedin? - Video

Paşinyan real və tarixi Ermənistan mövzusundan tez-rez danışır.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Geqam Manukyan deyib.

O bildirib ki, Paşinyan indi “Real Ermənistan” konsepsiyasını irəli sürsə də, əslində özü daim “tarixi Ermənistan”la bağlı fikirlər səsləndirib:

“Mən başa düşmək istəyirəm ki, əgər “tarixi Ermənistan” bu qədər qəbuledilməzdirsə, Münhendə Əliyevlə debat zamanı (2020-ci ilin fevralı) Böyük Tiqranın hakimiyyətini niyə xatırlatdınız?

Əgər “tarixi Ermənistan” bu qədər pisdirsə, Ağrı dağından danışanda düşünmədinmi ki, bu da “tarixi Ermənistan”dır? Əsl Ermənistan təkcə Kirantsdırsa, onun da bir hissəsini itirmişik”.

Qeyd edək ki, 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın debatı keçirilib. Debat zamanı Paşinyan “Böyük Tiqran”dan danışmış və absurd “tarixi torpaqlar” məzmunlu fikirlər səsləndirilmişdi.

Tarix
2024.10.24 / 09:48
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident bu konvensiyanı təsdiqlədi

Əli Əsədov səfirliyə getdi, başsağlığı verdi

İlham Əliyevin xalqa Ramazan təbriki

ABŞ İrana ordu yeritməyə hazırlaşır - Plan

Yataqlara zərbələr başladı, region yanır – Bu ölkələr batacaq..

İlham Əliyev Mirziyayevlə danışdı

Bakıdan Ermənistana 488 ton taxıl yola salındı

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla