Yuxarı

Kərim Vəliyev Pakistanda silahlara baxdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kərim Vəliyev Pakistanda silahlara baxdı - Foto

Azərbaycanın müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistanda keçirilən “İDEAS 2024” 12-ci Beynəlxalq Müdafiə Sərgisi və Seminarında iştirak etmək üçün bu ölkəyə səfər edib.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, general-polkovnik K.Vəliyevin rəhbərlik etdiyi, Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli hərbi qulluqçularının da olduğu nümayəndə heyəti sərgidə nümayiş etdirilən müdafiə və təhlükəsizlik texnologiyaları, müxtəlif təyinatlı silah və hərbi texnika nümunələri ilə tanış olub.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanın Strateji Planlar Departamentinin Baş direktoru general-leytenant Yusuf Camal ilə görüşüb. Görüşdə hərbi, hərbi-texniki sahədə əməkdaşlığa dair müzakirələr aparılıb.

38 ölkənin, 350-dən artıq beynəlxalq nümayəndə heyətinin iştirakı ilə Kəraçi Ekspo Mərkəzində keçirilən sərgi çərçivəsində, həmçinin konfranslar və seminar təşkil olunacaq.

Qeyd edək ki, “İDEAS 2024” beynəlxalq sərgisi sülhün, stabilliyin və tərəqqinin birgə baxışını özündə ehtiva edir.

Tarix
2024.11.19 / 15:41
Müəllif
Axar.az
Digər xəbərlər

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla