Yuxarı

Rusiya təyyarənin vurulduğu faktını necə gizlətmək istəyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Peskov təyyarənin vurulmasına görə Azərbaycandan üzr istəməklə bağlı məsələyə münasibət bildirərkən deyib ki, istintaqın nəticəsi məlum olmayana qədər bunu etməyəcəklər.

Lakin Rusiyanın istintaqın nəticəsindən sonra da üzr istəmək və günahkarları cəzalandırmaq istəmədiyi görünür. Bunu Peskovun açıqlamasındakı bir detal da deməyə əsas verir. Kremlin sözçüsü fikrinin davamında bildirir ki, “bunu edə biləcək (yəni istintaqı apara biləcək) aviasiya səlahiyyətlilərimiz var və bu məlumatlar yalnız onlarda ola bilər”.

Bu o deməkdir ki, Rusiya tərəfi “yalnız öz mütəxəssislərinin fikrini əsas götürmək” niyyətindədir. Moskvadanın üzr istəməkdən yayınmaq üçün istintaqı nəticələrinə təsir etmək cəhdləri də müşahidə edilir. Bu kontekstdə üç məqam xüsusilə diqqət çəkir.

- Kadırov Bakıya yaralılara və həlak olanların ailələrinə kömək təklifi edib: bu, Rusiya rəhbərliyinin göstərişi ola bilər və məqsəd məsələnin ciddiliyini Bakı-Qroznı marşrutuna endirmək, məsuliyyəti Kadırovun üzərinə qoyaraq, həll etməkdir; baş verənlərə görə Kadırov məsuliyyət daşıyır, çeçen liderin qardaşı oğlunu təltif etməsi həm də təyyarənin vurulduğunun dolayısı ilə etirafı hesab oluna bilər, lakin Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir;

- Rusiya və Qazaxıstanın hadisənin MDB-nin Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən araşdırılma təklifi reallığın gizlədilməsi və Moskvanın istədiyi nəticənin çıxarılması məqsədi daşıyır;

- Və nəhayət, hökumətdəki mənbələrin təyyarənin vurulduğu faktını mediada təsdiq etməsi, eləcə də Azərbaycanın hər iki təklifdən – Kadırovun yardım və məsələnin MDB müstəvisinə çıxarılması – imtina etməsi o deməkdir ki, rəsmi Bakıda baş verənlərin Rusiya tərəfindən gizlətmək cəhdinə dair məlumatlar var;

Bu məqamlar fonunda “Rosaviasiya”nın rəhbəri Dmitri Yadrovun açıqladığı “duman” iddiasını təkrarlaması Moskvanın gerçək niyyətinin rəsmi şəkildə elan edilməsidir.

Lakin Bakının hadisənin və “qara qutu”nun beynəlxalq ekspertlər və “Embraer” mütəxəssislərindən ibarət qrup tərəfindən araşdırılması tələbi Moskvanı fakt qarşısında qoyacaq. Rusiya üçün bu məsələdən yeganə çıxış yolu etiraf etmək və Azərbaycandan üzr istəməkdir.

Tarix
2024.12.27 / 16:54
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Prezident xüsusi təyinatlı nəqliyyat vasitələrinə baxdı

Təyyarənin vurulması terakt ola bilərmi? - Şevçenko

Təyyarə bilirsizmi Aktauya niyə uçub? – Sabiq rus deputat

Kadırov, təyyarəni vurmamısansa, matəm niyə elan etdin?

Türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq - Foto

Rusiya gizlətməyə çalışır – məsələyə Türkiyə qarışdı

Quterreşin müavini Azərbaycana başsağlığı verdi

Dubaydan Moskvaya uçan təyyarə Bakıya eniş etdi - Təcili

Həyatında ilk dəfə təyyarəyə mindi, onda da qəzaya düşdü

Qardaş Azərbaycanın yanındayıq - Hakan Fidan

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla