Yuxarı

Tokayevdən qəza açıqlaması: Dünya şahid oldu ki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tokayevdən qəza açıqlaması: Dünya şahid oldu ki...

Təcili yardım xidmətləri fəlakət zamanı ahəngdar və operativ hərəkət edib.

Axar.az “Tenqrinyus”a istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı bu gün keçirdiyi müşavirədə deyib.

“Qəzanın daha ciddi nəticələrinin qarşısını ala və çoxlu insan həyatını xilas edə bildik. Xilasetmə işləri yüksək səviyyədə həyata keçirilib. Hadisə ilə bağlı hərtərəfli məlumat operativ şəkildə ictimaiyyətə çatdırılıb. Vətəndaşlarımız ilk dəqiqələrdən həmrəylik, səmimi şəfqət və təşkilatçılıq nümayiş etdirərək zərərçəkənlərə yardım əlini uzadıblar. İnsanlar qan vermək üçün növbəyə düzülüb. Bir çox soydaşımız Azərbaycan səfirliyinin binası önünə gül dəstələri qoyub. Bu reaksiya həm yerli, həm də xarici mətbuatda geniş işıqlandırılıb. Bütün dünya xilasedicilərimizin, həkimlərimizin, könüllülərimizin fədakar əməyinin şahidi oldu. Qonşu dost ölkələrin - Azərbaycan, Rusiya, Qırğızıstan vətəndaşları xüsusi minnətdarlıqlarını bildirirlər”, - Tokayev bildirib.

Qazaxıstan prezidenti təyyarə qəzasının nəticələrinin aradan qaldırılması zamanı şücaət və yüksək peşəkarlıq nümayiş etdirmiş vətəndaşların dövlət mükafatlarına təqdim olunmasını hökumətə tapşırıb.

Tarix
2024.12.28 / 14:12
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar

Gərginliyin aradan qaldırılmasına töhfəyə hazırıq - Prezident

İlham Əliyev Pezeşkiana zəng etdi

Xankəndidə neçə erməni yaşayır?

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Ali Məclisdə yeni komissiyalar yaradılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla