Azərbaycan Respublikası Ərazilərinin Minalardan
Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Tərtər və Füzuli
rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar haqqında
hesabat yayıb.
ANAMA-dan Axar.az-a verilən məlumata görə, Tərtər rayonunun
Qarağacı kəndi – 3 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış
keçirilib, 15 000 kv/m ərazi təmizlənib və partlamamış hərbi sursat
aşkar edilməyib.
Rayonun Qaynaq kəndində 3 ev və həyətyanı sahədə 3 partlayış
yerinə baxış keçirilib,1 050 kv. m ərazi təmizlənib. Tərtərin
Qazyan kəndində 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış
keçirilib, 10 900 kv. m ərazi təmizlənmış və partlamamış hərbi
sursat aşkar edilməyib.
FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına
əsasən cəmi 9 ev və həyətyanı sahədə 11 partlayış yeri aşkar edilib
və 26 950 kv. m ərazi təmizlənib.
Füzuli rayonunun Şükürbəyli kəndində 2 əkin sahəsində 2
partlayış yerinə baxış keçirilib, 480 kv. m ərazi təmizlənıb.
Cəmi 2 əkin sahəsi, 2 partlayış yeri aşkar edilib və 480 kv. m
ərazi təmizlənıb.
Bu gün agentlik tərəfindən 9 ev həyətyanı sahə, 2 əkin sahəsi,
13 partlayış yeri yoxlanılıb, 27 430 kv. m ərazi təmizlənib.
Ümumilikdə 7 Aprel - 7 May 2016-cı il tarixlərində ANAMA
tərəfindən Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy,
Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı
şəhərində 443 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd
qəbirstanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 7 ferma, əkin
sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 414 ədəd
partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2
ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar
olunaraq zərərsizləşdirilib.
Hal-hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı
mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində
yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin
yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.