Yuxarı

Təyyarənin "Pantsir"lə vurulduğu təsdiqləndi: Əmri verən...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təyyarənin "Pantsir"lə vurulduğu təsdiqləndi: Əmri verən...

AZAL-a məxsus təyyarənin dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Rusiyada aparılan cinayət işi hava gəmisinin “Pantsir S-1” HHM sistemi ilə vurulduğunu təsdiq edib.

Axar.az xəbər verir ki, bu barədə “Caliber” öz mənbələrinə istinadən yazıb.

Qeyd olunub ki, həmin sistem Rusiyaya Suriyadan gətirilib.

“Məlum olub ki, istintaq Azərbaycan təyyarəsinə qarşı radio-elektron mübarizə vasitəsinin tətbiq edildiyini də təsdiq edib. Məlumatlı mənbələrin bildirdiyinə görə, Rusiya işi ört-basdır etməyə çalışsa və istintaqın nəticələrini açıqlamasa, Azərbaycan beynəlxalq hüquqi qurumlara müraciət edəcək", - məlumatda bildirilir.

Vurğulanıb ki, Rusiya tərəfi həm təyyarəyə atəş açanların, həm də atəş əmri verənlərin şəxsiyyətini müəyyən edib.

Xatırladaq ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında “Pantsir”in hücumuna məruz qalıb və ciddi zədələnib. Enişinə icazə verilmədiyindən Qazaxıstana istiqamət alan təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 sərnişindən 38-i ölüb, 29 nəfər sağ qalıb.

Tarix
2025.01.24 / 17:26
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla