Yuxarı

Bölgə nazirləri Gəncədə görüşür

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bölgə nazirləri Gəncədə görüşür

Gəncə şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin təkbətək formatda üçtərəfli görüşü başlayıb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, təkbətək formatda görüşdən sonra geniş tərkibdə görüş olacaq. Nazirlərin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşü də nəzərdə tutulub. Daha sonra mətbuat konfransı keçiriləcək.

Bu gün Gürcüstanın Gəncədə yeni konsulluq binasının açılış mərasimi də olacaq. Nazirlərin açılış mərasimində iştirakı gözlənilir.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bu gün Azərbaycana gəliblər. Gəncədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı ilə üç ölkə XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilir.

Tarix
2014.02.19 / 11:27
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla