Yuxarı

ABŞ riyakar Ermənistanı deyil, Azərbaycanı dəstəkləməlidir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qərblə yaxşı əlaqələrə malik, İsrail və ABŞ-nin etibarlı müttəfiqi olan ölkədir. Ermənistan isə İranla sıx əməkdaşlıq edir, ABŞ və Qərbin düşməni Rusiyaya köməklik göstərir. Belə olan halda, ABŞ kimi dəstəkləməlidir? Təbii ki, Azərbaycanı.

Axar.az xəbər verir ki, bu barədə siyasi şərhçi və jurnalist Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham ABŞ-nin Qeytstoun İnstitutunun (Gatestone Institute) “Azərbaycan erməni girovları qanunsuz olaraq saxlamaqda və onlara işgəncə verməkdə davam edir” adlı məqaləsinə etiraz olaraq yazıb.

“Jewish Press”də yayımlanmış “Vardanyan və digər erməni məhbuslar niyə girov sayılmamalıdır” başlıqlı məqalədə qeyd olunub ki, Azərbaycanın “müharibə cinayətləri törətməkdə” və “günahsız erməniləri girov saxlamaqda” ittiham edilməsi həqiqətlərin təhrifi tendensiyasının davamıdır. Bunu edənlər hələ də ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri açıqlamır.

Bildirilib ki, Ruben Vardanyan ən geniş miqyasda “çirkli” pulların yuyulmasını həyata keçirib və onun Rusiyada qalan biznes əlaqələri hazırda Qərbin sanksiyalarından əziyyət çəkir. Üstəlik, Vardanyan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını sabotaj etməkdə, sərhədləri qanunsuz keçməkdə, terrorçuluğu maliyyələşdirməkdə və Azərbaycana qarşı erməni terrorizmində şəxsən iştirakda ittiham olunur.

Məqalədə o da vurğulanıb ki, erməni separatçılarının Vardanyandan aldıqları böyük miqdarda silahların gizlədildiyi anbarlar bugünədək aşkarlanmaqdadır. Vardanyan bu məlumatları heç vaxt təkzib etməyib, hətta “Azərbaycanın başına hər şey gələ bilər” deyərək Azərbaycan hökumətini hədələməkdən də çəkinməyib.

Həmçinin Rusiyanın qabaqcıl silahlar üçün önəmli çipləri Qərbin təsirindən qoruyaraq öz ərazisinə daşınması üçün Vardanyanı Ermənistana göndərdiyi qeyd edilib. İran Rusiyanı pilotsuz uçan aparatları ilə, Ermənistan isə həmin çiplərlə təmin edir. Habelə Ermənistan öz ərazisindən İran silahlarının Rusiyaya ötürülməsinə şərait yaradır.

Müəllifin fikrincə, Vardanyan olmasaydı, Rusiya-İran-Ermənistan logistik şəbəkəsi də mövcud olmazdı.

Sonda qeyd edilir ki, Ruben Vardanyan və ermənipərəst tərəfdarları onu günahsız göstərməyə çalışsalar da, o, belə bir şəxs deyil. Bütün bu faktları nəzərə alaraq, Azərbaycan onu və digər cinayətlərə qarışan şəxsləri mühakimə etmək hüququna malikdir: “Terrorçular girov deyil və olmayacaq da”.

Məqaləni ətraflı bu linkdən oxumaq olar.

Tarix
2025.02.14 / 17:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu ölkədə səfirlik açır

Kremldən Əliyev və Putinin salamlaşmasına - Reaksiya

Zəngəzur dəhlizinin açılmasına maneə var - Silayev

Bakıdan İrəvana məxfi zəng: Hacıyev narazılığını çatdırıb?

Çindəki paraddan görüntülər - Video

Prezidentlər və xanımları ziyafətdə... - Video

Prezidentlərin azərbaycanca səmimi dialoqu - Video

İlham Əliyevlə Putin belə salamlaşdı - Video

İlham Əliyev və xanımı Çində paradı izlədi - Video

İran da, Rusiya da anlayacaq ki, Zəngəzur qorxuları...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla