Yuxarı

Zəngəzur dəhlizi açılmasa, müharibə başlaya bilər - Ağar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngəzur dəhlizinin açılması 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli sazişdən qaynaqlanan haqq işidir. Ermənistan dəhlizin açılmaması üçün əlindən gələni etdi. Bu, son dərəcə risklidir.

Axar.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında türkiyəli hərbi ekspert Abdullah Ağar İrəvanın Zəngəzur dəhlizi ilə bağlı dekonstruktiv mövqeyi haqda danışarkən deyib.

O bildirib ki, dəhlizin açılmamasının ağır nəticələri ola bilər:

“Müharibə olub, üçtərəfli saziş imzalanıb və onun tələbinə əməl etmirsiniz, bunun nəticələrini təsəvvür edə bilirsinizmi? Azərbaycan regional və beynəlxalq güclərin məsələ ilə bağlı həssaslığını nəzərə alaraq balanslaşdırılmış, qətiyyətli və həssas bir siyasət yürütdü. Layihənin reallaşması lazımdır, əks təqdirdə çox böyük gərginliklərə və hətta savaşa səbəb ola bilər”.

Abdullah Ağarın sözlərinə görə, bu, təkcə Azərbaycan və Ermənistan arasında olan məsələ deyil, beynəlxalq nəqliyyat əlaqələri ilə bağlı həssas bir mövzudur:

“Dəhliz açılmadığı təqdirdə embarqo davam edəcək. Sonra isə bunun savaşa qədər gedən tərəfi var. İmzalanan sazişin müəddəasını yerinə yetirmir, hiyləgərlik edirsiniz və üstəlik intriqa yaratmağa çalışırsınız. Ermənistan çox təhlükəli oyun oynayır. Ümid edirəm, bunu könüllü şəkildə edər, əks halda bu gərginliyi kimlərsə öz maraqları üçün istifadə edəcək”.

Gürcü politoloq Gela Vasadze isə bildirib ki, Zəngəzur dəhlizində Ermənistan və Azərbaycandan başqa konkret maraqlı tərəflər – Türkiyə, İran və Rusiya da var:

“Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi həm münaqişənin birbaşa iştirakçılarının (Azərbaycan və Ermənistan), həm də əsas regional oyunçuların (Rusiya, Türkiyə və İran) maraqlarına toxunduğu üçün yuxarıda adları çəkilən bütün tərəflər söz sahibi olacaq. Lakin yekun qərar tərəflər arasında aparılan danışıqlardan və kompromislərdən asılı olacaq. Hazırda məsələ açıq qalır və regionda gərginliyə səbəb olur”.

G.Vasadzenin sözlərinə görə, Türkiyə bu koridorda Azərbaycana dəstəyi, iqtisadi investisiyalar və nəqliyyat layihələri ilə təmsil olunacaq:

“Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi və təhlükəsizliyinin təminatçısı kimi iştirak edəcək. Son hadisələrə baxmayaraq, Rusiya bu cür qalmaqda davam edir. Sərhədləri dəhlizə bitişik olan ölkə kimi İranın Cənubi Qafqazda öz maraqları var. İsrail və ABŞ isə Zəngəzur dəhlizində yalnız Azərbaycan və Ermənistanla münasibətlərin ümumi kontekstində maraqlıdır.

Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında daha geniş sülh prosesinin bir hissəsidir. Bu məsələ münaqişənin həllinin digər aspektləri, o cümlədən sərhədlərin delimitasiyası, nəqliyyat əlaqələri və regionda təhlükəsizliyin təmin edilməsi ilə sıx bağlıdır. Dəhlizlə bağlı danışıqlar ayrıca bir məsələ deyil, uzunmüddətli sülhə nail olmağa yönəlmiş hərtərəfli dialoqun tərkib hissəsidir”.

Tarix
2025.02.20 / 10:21
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya “sülh göyərçini”nə döndü: 3 vasitəçilik təklifi və imtina…

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər

Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

Sergey Narışkin Bakıya gəldi

Xocalı ilə bağlı dəhşətli videomateriallar göstərildi

“Zəfər” ordenli generala yüksək vəzifə verildi

Qazaxıstan nümayəndələri HHQ-ni ziyarət etdi – Foto

Babayandan etiraf: Xocalı soyqırımında iştirak etmişəm

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla