Yuxarı

Arakçının İrəvandakı bəyanatları: İran nədən “narahatdır”?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arakçının İrəvandakı bəyanatları: İran nədən “narahatdır”?

Ermənistanın ərazi bütövlüyünü dəstəkləyən İranın Azərbaycanı Naxçıvana birləşdirən yolla bağlı çox aydın mövqeyi var. İranın eskalasiya riskindən narahatlığı da məhz bu mövzudadır.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı şərqşünas Viktor Nadein-Rayevski İran XİN başçısı Abbas Arakçının Ermənistana səfərini şərh edərkən deyib.

O bildirib ki, Arakçının səfəri zamanı həm regional, həm də geosiyasi proseslərə aid genişspektrli məsələlər müzakirə olunub:

“Maraqlıdır ki, İran tərəfinin kifayət qədər tez-tez istinad etdiyi regional 3+3 formatı məsələsi gündəmə gətirilməyib. Düşünürəm ki, buna səbəb səfərdə əsas diqqətin İrəvan-Bakı münasibətləri məsələsi olmasıdır”.

O hesab edir ki, İran Ermənistanla daha sıx xarici siyasət koordinasiyasını həyata keçirmək istəyir:

“Lakin Ermənistanın Qərblə münasibətləri buna müəyyən qədər mane olub. Baxmayaraq ki, ABŞ-ın yeni prezidentinin administrasiyası Cənubi Qafqazda fərqli siyasət yürüdür və bu, Ermənistanı Rusiya və İranla münasibətlərinə yenidən baxmağa vadar edir. Burada problem yeni administrasiyanın kəskin antiiran mövqeyində olmasıdır. Ümumiyyətlə, Ermənistan-İran münasibətlərinin inkişafı geosiyasi mürəkkəbliyi olan bir prosesdir, lakin bu, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərində problemlər yaşayan Ermənistan üçün çox vacibdir”.

Onun fikrincə, son illər İran vaxtaşırı regiona diqqətəlayiq səfərlər edir və bütün bunlar İranın Cənubi Qafqazda təsirini dərinləşdirməyə yönəlib:

“Bu, həm də Rusiyanın (Cənubi Qafqazda – red.) mövqelərinin zəifləməsi və Türkiyənin daha da güclənməsi ilə bağlıdır. Buna görə də İran imkan daxilində təşəbbüslər göstərir”.

Tarix
2025.03.26 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

Ceyhun Bayramov Budanovla görüşdü

Azərbaycan da mövqeyini dəyişəcək - Çepa

Rusiya və Ermənistan arasında kritik telefon danışığı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla