Yuxarı

Tehranla İrəvanın Bakıya qarşı qaz planı: Türk ölkəsindən…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan və Aşqabad türkmən qazının İran vasitəsilə Ermənistana ötürülməsi üzərində danışıqlar aparır. Paşinyanın müşaviri Artaşes Tumanyan bununla bağlı müəyyən detalları açıqlayıb: Türkmənistan qazının Ermənistana svop sxemi üzrə çatdırılması müzakirə edilir, lakin tərəflər qiymət məsələsində razılaşma əldə edə bilmir.

Ermənistan türkmən qazını hələ 2017-ci ildə - Sərkisyanın hakimiyyəti dövründə almaq istəyirdi, ancaq bu, indiyə qədər ya İranla tranzit haqqı, ya da qazın qiyməti məsələsinə görə baş tutmayıb. Paşinyan hakimiyyəti məsələnin qısa müddətdə həlli üçün təmaslarını intensivləşdirir və erməni rəsmilərin açıqlamalarına görə, İranla tranzit məsələsi artıq həll edilib, indi qiymət müzakirə mövzusudur.

Bu, Azərbaycan üçün mənfi perspektivləri ortaya çıxara bilər.

Birincisi, İrəvanın qaz təchizatını şaxələndirməsidir: müharibədən sonra Azərbaycanın Ermənistana qaz satması məsələsi aktuallaşıb və bu, Bakıya həm də strateji üstünlük qazandıra biləcək amildir; Ermənistanın təchizat zəncirini genişləndirməsi perspekstivdə üstünlük əldə etmək imkanlarımızı zəiflədir;

İkincisi, Ermənistanın məhz Türkmənistan qazına göz dikməsidir: 2021-ci ildə Bakı türkmən qazının İran tranziti ilə alınması üzərində razılıq əldə etsə də, 2024-cü ildə qiymət məsələsində anlaşılmazlıq yaranıb; Ermənistan Türkmənistan üçün yeni bazar rolunu oynaya bilər və bu, Bakını təkcə İrəvan üzərində mümkün qaz rıçağı əldə etmək perspektivini zəiflətmir, həm də regionda erməni alternativi ilə üz-üzə qoya bilər;

Üçüncüsü və ən riskli məqam Ermənistanın türkmən qazının Avropa bazarına çıxışda mümkün tranzitə çevrilməsidir: Tumanyan bildirir ki, türkmən qazının Ermənistan vasitəsilə Gürcüstana ixracı da müzakirə edilib, Tiflis müsbət cavab verib: “İdeya reallaşarsa, türkmən qazının Qara dəniz ölkələrinə də ixracı mümkün olacaq”.

İrəvan buna nail olarsa:

- Avropa bazarına çıxış əldə etmək istəyən Türkmənistan alternativ tranzit əldə edir və bu, Azərbaycan tranzitinin aktuallığını itirməsə belə, “yeganə yol” statusunu zəiflədir;

- Azərbaycanın Gürcüstan bazarındakı hakim mövqeyinə risklər yaradır;

- Türkmən qazını Gürcüstana və Qara dəniz hövzəsinə çıxaran Ermənistan regionun enerji infrastrukturunda, ümumilikdə Orta dəhlizdə tranzit payı əldə edə bilər.

Rəsmi Bakı mövcud vəziyyətdə o qədər də əhəmiyyətli görünməyən bu məsələnin gələcəkdə risk təşkil etməməsi üçün İrəvan-Aşqabad xəttindəki mümkün anlaşmaya diqqət yetirməlidir.

Tarix
2025.03.28 / 09:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Türkiyə Azərbaycanda sülhə töhfə verir - Ərdoğan

İlham Əliyev Şahbaz Şəriflə danışdı

Cövdət Yılmaz Əli Əsədova məktub göndərdi

Məhəmməd bin Salman İlham Əliyevi təbrik etdi

Səudiyyə Ərəbistanı kralı İlham Əliyevi təbrik etdi

ABŞ səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Azərbaycanda Ramazan bayramı qeyd edilir

Leyla Əliyevadan Ramazan bayramı təbriki - Video

İlham Əliyev dünya azərbaycanlılarını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla