Yuxarı

Kürəyinə bomba düşən ukraynalı qız – Foto/+16

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maydan hadisələrinin iştirakçılarından biri Yekaterina Bolşakovanın kürəyinə "Berkut"un atdığı qumbara düşüb. Həmin günü xatırlayaraq o öz feysbuk profilində hadisənin təfərrüatını paylaşıb:

"Mən bilirdim hara gedirəm, niyə gedirəm və nə baş verə bilər. Toqquşma başlayanda Berkutun qumbarası kürəyimə düşdü. Əslində, mən ən sonda gedənlərdən idim. Yanımda da kömək etdiyim 75 yaşlı nənə var idi. Belimdə yaxşı materialdan hazırlanmış çantam olmasaydı, indi mən də yox idim.

Qumbara nəticəsində çantamın yalnız sağ çiyni qaldı. Sonra nənəyə də kömək edib, kənardakı şam ağacının yanında dayandıq. Yanımızdan isə berkutçular qaçırdı. Onlar qarşılarına çıxan hər kəsi döyürdülər - qadınları, kişiləri, mətbuat işçilərini, qırmızı xaçlıları. Bizi də dəyənəkləyə-dəyənəkləyə, "öldürəcəm, qancıq",- deyə, qışqırırdılar. Mən isə sakitcə onların düz gözünün içinə baxırdım və nədənsə onda dəyənəyi aşağı salırdılar. Daha sonra berkutçulardan biri nənəylə məni qalxanın himayəsi altında yaxınlıqdakı əraziyə apardı. Orada 30-a yaxın adam var idi. Onlardan təxminən 13-ü qadın, 6-7 nəfəri kişi, qalanı isə media nümayəndələriydi. Ordakı mənzərə sözlə deyiləsi deyil. İki nəfər başından yaralandığından üzləri büs-bütün qan içində idi. Qadınlardan müxtəlif dərəcəli xəsarət alanlar da vardı. Mən hələ kürəyimdəki yaradan xəbərdar deyildim. Bir neçə dəqiqədən sonra Berkut yenidən "ov dalınca" getdi. Yaxşı ki, Qırmızı Xaçdan olan qızın çamadanı yanında idi. O, axan qanların qarşısını almağa çalışırdı. Bəzilərinə bir neçə iynə də vurdu.

Biz qalan 16 nəfərlə blokda gizləndik. Mən yaxınlarıma zəng edərək köməyə ehtiyacımız olduğunu bildirdim. Yanımdakı KİV nümayəndələri də öz yaxınlarına zəng edirdi. Nəticədə, Maydandan kömək üçün Qırmızı Xaç gəldi və möcüzə kimi görünsə də, Sergey də maşınla gəlib çata bildi. Orda olan hər kəsə tibbi yardım göstərildi. Bir neçə dəqiqədən sonra mən artıq evdə idim.

Həmin günün əsas təəssüratlarından nəticəyə gəlib onu deyə bilərəm ki, burdakı hadisələri xəbərlərdən izləmək başqadır, berkutçuların düz gözünün qarşısında insanları vəhşicəsinə döymələri tam başqa.

Bu gün mən öldüm və yenidən doğuldum.

Tarix
2014.02.21 / 14:05
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Ərdoğan Ankarada Paşinyanla görüşdü - Foto

Hakan Fidan nazir olan kimi ilk ona zəng vurdu

Bayramov Hakan Fidanı təbrik etdi

Əliyevlə Paşinyan Ankarada görüşdü - Foto

Əliyev Ərdoğanın mərasimində imza atdı - Video

Ərdoğanın ziyafətində Azərbaycan xalq mahnısı - Video

Nikol Ankaraya ona görə getdi ki... – Ekspert

Əliyev Bərzani, Oğan və Stoltenberqlə birgə - Foto

Əhməd Obalı şayiələrə görə səs yazısı yaydı - Video

Ərdoğanın adından ziyafət verildi, Əliyev də iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla