Yuxarı

İlham Əliyevdən Şimali Kiprlə bağlı - Mühüm bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynadı. Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olundu və orada iştirak etdi. Şimali Kiprin bayrağı da orada dalğalanırdı.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

Dövlətimizin başçısı əlavə edib: “Biz hər zaman qardaşlarımızın yanındayıq. Bizim siyasətimiz hər zaman aydın olub. Bizim bu sahədə hər hansı başqa gündəliyimiz yoxdur. Biz yalnız qardaşlarımıza necə kömək edə biləcəyimiz haqda düşünürük ki, onlar öz dövlətlərini qoruyub saxlaya bilsinlər. Onlar buna tarix və əməlləri baxımından layiqdirlər”.

Vaxtilə BMT-nin Baş katibi tərəfindən referendum elan edilən zaman Şimali Kiprin birləşməyə, yunan Kiprinin nümayəndələrinin isə bunun əleyhinə səs verdiklərini xatırladan Prezident qeyd edib:

“Baxın, nə baş verdi? Yunan Kipri Avropa Birliyinə üzv qəbul olundu. Bu ədalətlidirmi? Yəni, bu, ikili standartın bariz nümunəsi idi və siyasətçilər bu haqda danışmaq istəmirlər. Yəni, onlar başlarını ağrıtmaq istəmirlər və bu haqda danışsalar, onlara başağrıdan başqa da problemlər yarana bilər. Ona görə də Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm, biz hər zaman sizinlə olacağıq ki, ölkəniz müstəqil dövlət kimi təsis edilsin və beynəlxalq ictimaiyyət tərəfindən tanınsın”.

Tarix
2025.04.09 / 14:03
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni müharibələr bunun uğrunda olacaq: tədbir görməliyik!

Bütün MDB liderləri həmin gün Moskvada olacaq - Lebedev

XİN rəhbəri Fələstin səfiri ilə Qəzzanı müzakirə etdi

Rusiyadan Bakı və İrəvana: Yardıma hazırıq!

Azərbaycanla müharibəni unudun! - Paşinyan

XİN başçılarının müavinləri görüşdü - Yenilənib

Türk ölkələri türk düşməni ilə razılaşdı: Nəticə necə olacaq?

Xankəndidən çıxmağa məcbur oldular - Qukasyandan etiraf

Kavelaşvilinin səfəri bu prosesə yeni təkan verəcək

Yeni nazirdən ilk: 1 milyarddan nə qədər qazanacağıq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla