Rusiya Prezidenti Vladimir Putin ölkənin Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru, idarənin rəsmi nümayəndəsi Mariya Zaxarovanı IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, müvafiq fərman cümə axşamı, aprelin 17-də dərc olunub.
Dövlət başçısı Zaxarovanı “Rusiya Federasiyasının xarici siyasət kursunun həyata keçirilməsinə verdiyi töhfəyə və uzun illər vicdanlı diplomatik xidmətinə görə” mükafaylandırıb.
Mariya Vladimirovna Zaxarova 24 dekabr 1975-ci ildə Moskvada anadan olub. 1998-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) beynəlxalq jurnalistika ixtisası üzrə beynəlxalq informasiya fakültəsini bitirib. Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsinə malikdir. İngilis və Çin dillərində danışır.
2015-ci ilin avqustunda o, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru vəzifəsinə təyin edilib.