Yuxarı

Gələn ay Laçında TDT Sammiti keçiriləcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ay Laçında Türk Dövlətləri Təşkilatının (TDT) Sammiti keçiriləcək.

Axar.az xəbər verir ki, bunu Trend-ə Türkiyə Prezidentinin baş müşaviri Çağrı Ərhan Bakıda “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu çərçivəsində verdiyi açıqlamada bildirib.

"Gələn ay Laçında Türk Dövlətləri Təşkilatının sammiti keçiriləcək. Bu sammitdə biz bir daha Türkiyə və Azərbaycanın türk dünyasının birliyi və əməkdaşlığı mövzusunda güclü həmrəylik içində olacaqlarını görəcəyik", - o vurğulayıb.

Ç.Ərhan qeyd edib ki, Azərbaycanla Türkiyə arasında hər hansı iki ölkə arasında mövcud olan əlaqələrdən qat-qat artıq əlaqələr mövcuddur.

O xatırladı ki, Prezident İlham Əliyev bu gün ADA Universitetində çıxışında bunu çox aydın ifadə etdi:

"İqtisadiyyatdan turizmə, siyasi əlaqələrdən tutmuş ən mühüm sahə olan müdafiə əlaqələrinə, Şuşa Bəyannaməsi çərçivəsində qurulan müttəfiqlik münasibətlərinə qədər hər sahədə Azərbaycan və Türkiyə arasında çox yüksək səviyyəli əlaqələr qurulub. Ticarət və investisiyalar həm də bu iki ölkəyə Cənubi Qafqazda sülh və sabitliyə birgə töhfə verməyə imkan yaradır. Hesab edirəm ki, həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm də Azərbaycan Prezidenti İlham Əliyevin qardaşlıq duyğuları ilə göstərdikləri liderlik bu qarşılıqlı həmrəyliyin və əməkdaşlığın inkişafına çox güclü təkan verir".

Tarix
2025.04.09 / 17:54
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni müharibələr bunun uğrunda olacaq: tədbir görməliyik!

Bütün MDB liderləri həmin gün Moskvada olacaq - Lebedev

XİN rəhbəri Fələstin səfiri ilə Qəzzanı müzakirə etdi

Rusiyadan Bakı və İrəvana: Yardıma hazırıq!

Azərbaycanla müharibəni unudun! - Paşinyan

XİN başçılarının müavinləri görüşdü - Yenilənib

Türk ölkələri türk düşməni ilə razılaşdı: Nəticə necə olacaq?

Xankəndidən çıxmağa məcbur oldular - Qukasyandan etiraf

Kavelaşvilinin səfəri bu prosesə yeni təkan verəcək

Yeni nazirdən ilk: 1 milyarddan nə qədər qazanacağıq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla