Yuxarı

Erməni yalanlarını ifşa edəcək xəritə ortaya çıxdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni yalanlarını ifşa edəcək xəritə ortaya çıxdı - Foto

Sizə ermənilərin “qədim ermənistan” yalanlarını ifşa edəcək nadir bir xəritə təqdim edirəm. Xəritə məşhur alman coğrafiyaşünası Georq Matteus Seutter tərəfindən çəkilib.

Axar.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev bildirib.

“Seutter Nürnberq şəhərində görkəmli J.B.Homanın rəhbərliyi altında oyma ustalığını öyrənib. 18-ci əsrin əvvəllərində Seutter Auqsburqda özünün müstəqil kartoqrafik nəşriyyat firmasını yaradıb.

Seutterin oyma bacarığı və şaxələndirilmiş xəritə istehsalına sadiqliyi nəticədə ona əhəmiyyətli nüfuz gətirib. Seutterin xəritələrinin əksəriyyəti “Homann” və “Delisle” firmaları tərəfindən nəşr edilirdi. 1732-ci ildə Seutter Almaniya imperatoru VI Karl tərəfindən "İmperator coğrafiyaçısı" adına layiq görülüb.

300-dən çox xəritə tərtib edən Seutter müxətlif kartoqraf və səyyahların istinadlarına mütəmadi müraciət edirdi ki, işlərində bir yanlışlıq olmasın. Bizim diqqətimizi çəkən xəritə isə - “Magni Turcarum Dominatoris İmperium per Europam, Asiam, et Africam accuratissima cura delineatum” (Böyük Türk Hökmdarının İmperatorluğu bütün Avropa, Asiya və Afrikada diqqətlə təsvir edilmişdir) - 1740-cı idə Auqsburqda nəşr ediləndir.

Seutter öz xəritəsində bütün Cənubi Qafqazı Azərbaycan və Şirvanın tərkibində göstərib. Bu xəritədə Ermənistan ümumiyyətlə yoxdur, onun indiki ərazisi Azərbaycanın tərkibində göstərilir.

Eyni zamanda xəritə ilə yanaşı, o, əlifba sırası ilə adları və açıqlamasını da yazır. Fikir verin, Azərbaycan adını “Adirbeitzania” adlandırır və onunla yanaşı, xəritədə Ordubad, İrəvan, Şamaxı, Dərbənd, Şəmkir və digər əraziləri dəqiqliklə yazır. Bu xəritə bir daha sübut edir ki, Qafqazda erməni dövləti, Ermənistan adında ərazi olmayıb, bu gün onların əlində olan İrəvan və digər şəhərlər Azərbaycana aid torpaqlarda yerləşib”, - alim bildirib.

Z.Əliyev qeyd edib ki, ölçülərin 19.75 x 22.75 düym (50.12 x 57.75 sm) olan xəritə hazırda № 11915 inventar nömrəsi ilə Çikaqo muzeyində saxlanılır.

Tarix
2025.05.27 / 14:57
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla