Yuxarı

Prezident: "Azərbaycanla hesablaşmaq lazımdır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ordu quruculuğu prosesi təkcə maddi-texniki təminatla məhdudlaşmır. Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu mühüm yer tutur. Mən tam əminliklə deyə bilərəm ki, bu baxımdan Azərbaycan Ordusu güclü ordular sırasındadır.

Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də hərbçilərlə görüşündə söyləyib.

Dövlətimizin başçısı döyüş qabiliyyətinin artdığını, orduda mənəvi-psixoloji vəziyyətin çox müsbət, vətənpərvərlik ruhunun, nizam–intizamın yüksək səviyyədə olduğunu, bütün bu amillərin hərbi gücümüzü daha da artırdığını vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və aprel döyüşləri bunu bir daha sübut etdi. Bütün dünyaya sübut etdi ki, bu gün Azərbaycanla hesablaşmaq lazımdır.

"Azərbaycan nəinki iqtisadi və sənaye gücünə malikdir, biz hərbi sahədə də artıq böyük nailiyyətlərə çata bilmişik. Bu proses daim aparılacaqdır, döyüş qabiliyyəti daim təkmilləşməlidir və Azərbaycan qarşıda duran bütün vəzifələri bundan sonra da uğurla icra edəcəkdir", - deyə dövlətimizin başçısı qeyd edib.

Tarix
2016.06.25 / 22:00
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Türkiyəyə gedir

Rusiyada hər şey çökür, yalnız bu biznes sürətlə inkişaf edir

Rəsmi Bakı Hindistana başsağlığı verdi

Azərbaycan XİN Rusiyanı təbrik etdi

Aprel döyüşləri zamanı 18 mövqe itirdik - Mnatsakanyan

İlham Əliyev Qətər əmirinə məktub göndərdi

Bu ərazilər Azərbaycana qaytarılır: ermənilər xəritə yaydı - Foto

Paşinyan: Məni “Azərbaycan izi” ilə şantaj edirlər

İlham Əliyevin müdrikliyi sayəsində... - Rusiya səfiri

Berse: Azərbaycana dostcasına təzyiq göstərəcəyik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla