Yuxarı

İstanbul danışıqları: Müharibəni dayandıracaq nəticə... - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbul danışıqları: Müharibəni dayandıracaq nəticə... - Ekspert

Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda başlanan növbəti ikitərəfli görüşü müharibəni dayandıracaq nəticəyə hədəflənməyib. Tərəflər ötən dəfə olduğu kimi, bir qrup əsirin dəyişdirilməsinə razılaşıblar. Bunun xaricində başqa razılaşmaların əldə ediləcəyi problematikdir.

Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarını şərh edərkən bildirib.

O, iki ölkə arasında sülhün yaxın olmadığını vurğulayıb:

“Sülhə hələ çox var. ABŞ Prezidenti Donald Tramp atəşkəsə nail olmaq üçün Rusiyaya 50 gün vaxt tanıyıb. Rusiya və Ukrayna 50-ci gündən sonrakı mərhələyə hazırlaşıblar. Kreml 50 gün ərzində Ukraynanın mümkün qədər çox ərazisini işğal etməyə, Ukrayna ordusu isə Rusiya tərəfinin itkilərini artırmağa çalışır. Rusiya ordusunun 50 gün ərzində Ukraynanın 4 bölgəsinin administrativ sərhədlərinə çıxacağı çətindir. Ona görə də Trampın Rusiyaya qarşı vəd etdiyi sanksiyaların işə düşəcəyi proqnozlaşdırılır. ABŞ Konqresi isə Rusiyadan neft alan ölkələrə qarşı sanksiya qətnaməsini müzakirəyə çıxarıb. Bu arada, bir qrup Avropa ölkəsi Ukrayna ordusunun işğalçıya qarşı müqavimətini gücləndirmək üçün Kiyevə göndərdikləri hərbi texnika sayını artırıb.

Müharibənin davamına baxmayaraq, tərəflərin İstanbul təmaslarının əhəmiyyəti itməyib. Tərəflər ən azı müəyyən humanitar məsələləri həll etməyə müvəffəq olurlar. İstanbul görüşləri Türkiyənin vasitəçi rolunu artırıb. Bir neçə gündən sonra Avropa və İran təmsilçiləri İstanbulda İranın nüvə məsələsini müzakirə edəcəklər. Rusiya və Ukrayna nə zamansa atəşkəsə və ya ən yaxşı halda sülh sazişi imzalamağa hazır olacaqlarsa, böyük ehtimalla sənədin imzalanacağı məkan İstanbul olacaq. Ancaq bunun üçün hələ zaman yetişməyib”.

Tarix
2025.07.24 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Geri çəkildik və sülh sazişinin mətni ilə razılaşdıq...

Azərbaycan üçün dəhşətli statistika – Hara gedirik?

Prezident onları qəbul etdi

Bu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

Bakıda mühüm toplantı: Prezidentin müraciəti oxundu

BMT də xəbərdarlıq etdi: Sİ real təhlükədir?

Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla