Yuxarı

Telefonunu müştəriyə verdi, bir neçə saat sonra şoka düşdü - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Telefonunu müştəriyə verdi, bir neçə saat sonra şoka düşdü - Video

Müştəriyə danışmaq üçün telefonunu verən taksi sürücüsünün adına 2 200 manat pul yığılıb.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxt sakini Azər Mehdiyev Xəzər rayonunun Binə qəsəbəsində taksi fəaliyyəti ilə məşğuldur.

Onun sözlərinə görə, qəsəbə daxilində bir neçə dəfə müştəri kimi avtomobilinə əyləşən şəxslə aralarında səmimi münasibət yaranıb. Hadisə də bundan sonra baş verib.

"Telefonu ver, danışıb qaytaracağam", - deyə həmin şəxs sürücüdən telefonunu istəyib. Azər Mehdiyev telefonu ona verib və özü avtomobilin içərisini təmizləməyə başlayıb. Bir müddət sonra isə həmin şəxsin telefonu götürərək uzaqlaşdığını görüb.

Sürücü daha sonra tanışlarından zənglər almağa başlayıb. Məlum olub ki, onun telefonundan kontaktlarında olan şəxslərə mesajlar göndərilib və onlardan ümumilikdə 2200 manat pul alınıb.

Azər Mehdiyev başına gələnlərlə bağlı dərhal polisə müraciət edib. Onun şikayəti əsasında telefonu götürdüyü deyilən İbrahim adlı şəxs saxlanılıb.

Sürücü hazırda əsasən onun adından göndərilən mesajlara inanaraq pul göndərən şəxslərin zərərinin ödənilməsini istəyir.

Vətəndaşın müraciəti əsasında ərazi polis orqanlarında araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi tədbir görüləcək.

Tarix
2026.08.21 / 01:34
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla