Yuxarı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə öldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda tərcüməçi müəmmalı şəkildə öldü

“Qanun” nəşriyyatının tərcüməçisi Ziya Muradov müəmmalı şəkildə həyatını itirib.

Axar.az xəbər verir ki, bu barədə “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu Feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, Z.Muradov avqustun 1-də Qubada 17 nəfərin iştirak etdiyi səfər zamanı dünyasını dəyişib və bu günə qədər hadisədən məlumatlı olmayıb:

“Biz onun dünyasını dəyişdiyindən xəbərsiz olmuşuq. Neçə gündür yeni tərcümə vermək üçün ona zəng edirik, telefonu sönülüdür. İndi öyrənirik ki, Ziya avqustun 1-də Qubada, 17 nəfərin iştirak etdiyi səfər zamanı dünyasını dəyişib. Ailəsi də hadisənin necə baş verdiyi ilə bağlı ciddi suallar qaldırır.

Mənə maraqlıdır: belə bir ölüm faktı necə bu qədər səssiz qala bilər?

Hadisə zamanı 17 nəfər orada olub. Ailə bədənində zədə izi gördüyünü bildirir. Hadisənin yeri və necə baş verməsi ilə bağlı müxtəlif ifadələrin olduğunu deyir. Bütün bunlara baxmayaraq, təxminən bir aya yaxın müddətdə biz – onun uzun illər əməkdaşlıq etdiyi nəşriyyat belə – ölümündən xəbər tutmamışıq”.

Tarix
2026.08.27 / 23:35
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla