Yuxarı

Neft kəmərindən oğurluq: saxlanılanlar var - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft kəmərindən oğurluq: saxlanılanlar var - Video

Sabunçu rayonunda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanılıb.

Axar.az DİN-ə istinadən xəbər verir ki, sentyabrın 2-də gecə saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsi, Savalan yaşayış massivinin yaxınlığından keçən magistral yeraltı neft kəmərində yanğın baş verməsi barədə polisə məlumat daxil olub.

Yanğın söndürüldükdən sonra əraziyə baxış zamanı neft kəmərinə qanunsuz müdaxilə məqsədi ilə əlavə avadanlıqların quraşdırıldığı müəyyən edilib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə neft kəmərinə qanunsuz müdaxilə edərək oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən 31 yaşlı Kənan Əliyev və əvvəllər məhkum olunmuş 29 yaşlı Araz Yaqubov müəyyən olunaraq saxlanılıblar.

Yanğın hadisəsinin də məhz bu şəxslərin neft kəmərinə qanunsuz müdaxiləsi səbəbindən baş verdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2026.09.03 / 17:57
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla