Yuxarı

Sabunçuda kollektorda qəza: Su çöllük əraziyə axır - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabunçuda kollektorda qəza: Su çöllük əraziyə axır - Video

Paytaxtın Sabunçu rayonunda, Balaxanı və Məmmədli kəndləri arasındakı ərazidə su axıntısı yaranıb.

Axar.az xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazidə təxminən 2-3 gündür əsas kollektorda qəza baş verib.

Nəticədə, su çöllük əraziyə axaraq burada gölə bənzər sahə yaradıb.

Vətəndaşlar bildirirlər ki, içməli su ilə bağlı çətinlik yaşadıqları halda böyük həcmdə suyun əraziyə axması narahatlıq doğurur.

Onların sözlərinə görə, qəza ilə bağlı ərazidə uzun müddət heç bir müdaxilə olmayıb.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Balaxanıda çöllük ərazidə müşahidə olunan su axıntısı vantuzda baş verən nasazlıqla əlaqədardır.

Qurumun məlumatına görə, Bakı Sukanal İdarəsinin briqadası əraziyə cəlb olunub. Mövcud problemin aradan qaldırılması istiqamətində işlər görülür.

Daha ətraflı Baku TV-nin süjetində:

Tarix
2026.09.05 / 19:41
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla