Yuxarı

Azərbaycanda tarixi qala məhv olmaq üzrədir - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda tarixi qala məhv olmaq üzrədir - Foto

Təbriz şəhərinin yaxınlığındakı Həştərudun 20 km cənub-şərqində, Narınqala məntəqəsində yerləşən Zühak qalası dağılma təhlükəsi ilə üz-üzədir.

Kult.az xəbər verir ki, bu barədə ətraf mühitin mühafizəsi ilə məşğul olan Yasin Kasibi İSNA-ya müsahibəsində deyib. Onun sözlərinə görə, Zühak qalası tarixi məkan olmaqla yanaşı, ətrafındakı nadir bitki və canlılar baxımından da çox önəmlidir, lakin Təbiəti Qoruma və Meşələr İdarəsi bura diqqət ayırmır:

“Zühak qalasının ətrafında geniş sahə mövcuddur. Bu ərazidə park və gözəl istirahət mərkəzi yaratmaq mümkündür. Bununla da tarixi abidəni gecə-gündüz qorumaq mümkün olar. Hazırda Zühak qalası heç bir mədəni qurum tərəfindən qorunmur. Yaz və yay mövsümlərində çobanlar öz heyvanlarını otarmaq məqsədi ilə qalanın ətraf ərazilərinə gətirir. Bununla da qala məhv edilir”.

Qeyd edək ki, iki təpədən və onların arasındakı çökəkdən ibarət olan Zühak qalası Əhəmənilərə qədərki dövrdən İslam zamanınadək müxtəlif vaxtlarda tikilmiş qurğuları özündə ehtiva edir.

Tarix
2017.05.04 / 14:50
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri

Azər Bayramov nazir müavini təyin edildi

Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?

İran Ermənistana qarşı hərəkətə keçdi

Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar

İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir

Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu

XİN-dən TRİPP marşrutu ilə bağlı açıqlama

Bakıda Hindistanla bağlı tədbir keçiriləcək – İlk dəfə

Onlar Somali və Uqandaya vizasız gedəcək - Təsdiqləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla