Yuxarı

Axar.Az Logo carnation

Şərqi Azərbaycanda ədəbi dil yaradılır

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şərqi Azərbaycanda ədəbi dil yaradılır

Şərqi Azərbaycan vilayətinin Mədəniyyət və İrşad İdarəsinin baş katibi Məhəmməd Məhəmmədpur Azərbaycan türkcəsində müxtəlif ləhcələrdə işlənən sözlərin eyniləşdirilməsi (ədəbi dil yaradılması istiqamətində ilk addım – red.) və Azərbaycanın yeni ensiklopediyasının yazılmasına başlandığını bildirib.

Bu barədə Kult.az-a Şərqi Azərbaycan vilayətinin Mədəniyyət və İrşad İdarəsinin ictimai əlaqələr şöbəsindən məlumat verilib. İdarədən bildirilib ki, bu sahədə aparılan fəaliyyət Şərqi Azərbaycan valisi və vilayətin ziyalıları tərəfindən dəstəklənir:

“Ötən illərdə bu sahədə bir çox faydalı işlər görülüb və bütün işlərimiz vali və ziyalılar tərəfindən dəstəklənib”.

Mədəniyyət və İrşad naziri, Şərqi Azərbaycan vilayətinin valisi və bir sıra ziyalıların Azərbaycan Mədəniyyət, incəsənət və ədəbiyyat mərkəzində görüşü zamanı Məhəmməd Məhəmmədpur bildirib ki, prezidentin dillə bağlı vədlərinin yerinə yetirilməsi ilə bağlı mərkəz Təbrizdə fəaliyyətə başlanılıb və bir sıra müsbət işlər görülüb. Onun sözlərinə görə, Mərkəz Təbrizdə Pərvin Etisaminin tarixi evində yerləşir və yaranan gündən davamlı olaraq müxtəlif iclaslar keçirərək Azərbaycan dili, mədəniyyəti və incəsənətinin inkişafı ilə bağlı bir çox layihələr hazırlayıb.

Azərbaycan Mədəniyyət, incəsənət və ədəbiyyat mərkəzinin müdiri Əli Məhəmmədi mərkəzin fəaliyyəti haqqında məlumat verib:

“Bir çox ziyalı, tarixşünas və universitetlərin araşdırmaçılarının iştirakı ilə “Azərbaycan valiləri” kitabı hazırlanıb və bir aya çap olunacaq. Həmçinin Azərbaycan ziyalıları və alimləri barədə də ensiklopediyanın hazırlanmasına başlanılıb. Bu il ərzində Azərbaycan dili və tarixi mövzusunda beynəlxalq forum da keçiriləcək”.

Tarix
2017.05.08 / 14:29
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

ABŞ nizamı darmadağın etdi: böyük toqquşmalar başlayır

Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto

Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanında... - Foto

Türkiyə və Azərbaycan XİN başçıları danışdı

İlham Əliyev Finlandiyanın prezidenti ilə görüşdü - Foto

İlham Əliyev Məsrur Bərzani ilə görüşdü - Foto

Prezidentin "Avronyus"a müsahibəsindən görüntülər - Video

2026-da Azərbaycanla müharibə riski... - Ermənistan kəşfiyyatı

Tehran xalqı aksiyalara səsləyən əsas şəxsin adını belə çəkmir

Xəzər dənizinin taleyini həll etməliyik - Tokayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla