Yuxarı

Seyxin arvadı ilə eşq yaşayan şəxsin kimliyi bəlli oldu - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Seyxin arvadı ilə eşq yaşayan şəxsin kimliyi bəlli oldu - Video

Dubay şeyxi Maktumun həyat yoldaşı şahzadə Haya 2 uşağı ilə birlikdə Londona qaçandan sonra onun yasaq eşq yaşadığı üzə çıxmışdı.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, şahzadənin sevgilisinin kimliyi bir neçə həftədir sirr olaraq qalsa da, artıq dəqiqləşib. İngiltərə mediası Hayanın yasaq eşq yaşadığı şəxsin Şeyxin cangüdəni olan ingilis əsgər Russel Flouvers olduğunu yazıb.

5 il boyunca Şeyx ailəsinin yaxın mühafizəsini həyata keçirən ingilis Russel mediaya bu mövzu ilə bağlı hər hansı açıqlama verməkdən imtina edib: "Deyəcək heç bir sözüm yoxdur. Məni rahat buraxın".

Şahzadə ilə sevgi münasibətləri yaşayan Flouvers keçən il həyat yoldaşı ilə boşanıb. Yasaq münasibətləri başlayan vaxt onların hər ikisi evli olub. Amma cangüdən bu münasibətlərə görə evliliyini bitirib. Onun da şahzadə kimi iki uşağının olduğu bildirilir.

İngilis mediası artıq şahzadənin oğlunun fotolarını açıq şəkildə yayımlamır. Halbuki qalmaqalın ilk günlərində şahzadənin oğlunun hazırkı sevgilisindən olduğu, buna sübut kimi sarışınlığını, Dubay şeyxinə əsla bənzəməyən üz cizgilərini misal göstərirdi. Amma indi durum fərqli deyil. Çünki ortada cangüdənin və müqayisə üçün arxivdə uşağın fotoları var. Hətta kadrların əksəriyyətində şahzadənin cangüdən sevgilisi bu uşağı qucağından düşürmür.

Təfsilatla bağlı video təqdim edirik:

Tarix
2019.07.14 / 12:40
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanla ABŞ TRİPP-in icrası məsələlərini müzakirə etdi

CNN-in Azərbaycanla bağlı uydurma yazısı - Foto

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

Azərbaycan getdikcə bu modeli izləyir - Hacıyev

Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla