Yuxarı

Rüstəmxanlı “Azərbaycan”dan danışdı: Vəzirov dedi ki...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Park İn Otel”də “Azərbaycan” qəzetinin 30 illik yubileyi təmtəraqlı şəkildə qeyd edilib.

Kult.az xəbər verir ki, tədbiri giriş sözü ilə xalq şairi, 1989-cu ildə bərpa edilən və birinci sayı oktyabrın 6-da işıq üzü görən “Azərbaycan” qəzetinin ilk baş redaktoru Sabir Rüstəmxanlı açıb.

Sabir Rüstəmxanlı tədbirdə iştirak edən qonaqları təqdim edib və bildirib ki, mərasimdə Türkiyədən gələn qonaqlar da var:

“Gələn il Azərbaycan mətbuatının 145 yaşı tamam olur. Bu 145 ildə mətbuatımız böyük inkişaf yolu keçib. Bu mətbuatın əsas mərhələsi “Əkinçi” qəzetidir. İkinci mərhələ “Molla Nəsrəddin” jurnalıdır. Onunla yanaşı, “Füyuzat” mərhələsi də var. Üçüncü mərhələ 1918-ci ildə Üzeyir Hacıbəylinin redaktəsi ilə çıxan “Azərbaycan” qəzetidir.

İndi yubileyinə yığışdığımız “Azərbaycan” qəzeti 1989-cu ildə işıq üzü görüb. Bunun maraqlı tarixçəsi var. O vaxt Ağdamda mənim bir pyesim oynanılmalı idi. O pyesim cəmi bir dəfə göstərildi. Sonradan yazdım ki, mənim pyesim də şəhid oldu.

Biz Aydın Məmmədovla Şuşaya getmişdik, oradan Ağdam Teatrına gəldik. Bir gün Ağdam rayon Həmkarlar İttifaqının sədri mərhum Zeynal Məmmədov dedi ki, bu boyda Qarabağda azərbaycanca bir qəzet yoxdur. Bu, bizim beynimizə düşdü və Bakıya qayıdandan sonra görkəmli ziyalılarımız İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov kimi adamlarla bu məsələləri müzakirə etdik və Qarabağa Xalq Yardımı Komitəsi yaratdıq. Mən dedim ki, müstəqil bir qəzet buraxacağam. Beləcə, bu Komitənin içində “Azərbaycan” qəzetini yaradıb, ilk sayını buraxdım”.

Sabir Rüstəmxanlı qəzetlə bağlı bir olayı da xatırladıb:

“Komitənin rəhbəri Bayram Bayramov əsəbi halda mənə dedi ki, bu nə qəzetdir buraxmısan, get, Əbdürrəhman Vəzirov (Azərbaycan KP MK-nın birinci katibi – red.) səni gözləyir! Vəzirovun qəbuluna getdim, dedi, mənimlə düşmənçiliyinə var? Sən bilirsən bu qəzet Qorbaçovun stolunun üstündədir, sərt yazılar yazmısan. Dedim, sevinin ki, sizin bir qəzetinizi Qorbaçov oxuyur. Vəzirovla otaqda olan rus rəsmisi mənə dedi ki, sən başını kötüyün üstünə qoymusan. Dedim, mənim başım çoxdan kötüyün üstündədir”.

S.Rüstəmxanlı vurğulayıb ki, qəzet qısa müddətdə populyarlaşıb və 90-cı ildə yarım milyon tiraja qalxıb.

Tarix
2019.10.16 / 13:46
Müəllif
Kult.az
Digər xəbərlər

Qusman İlham Əliyevin bu müsahibəsini yaydı

Bu sözləri Əliyev haqda Qərbin “uşaqları” deyir

Türkiyənin HTŞ ilə birgə yeni hədəfi

ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla