Yuxarı

Nazir müavini Olqa Prokofyeva ilə görüşdü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir müavini Olqa Prokofyeva ilə görüşdü

Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Bakıda səfərdə olan Rusiya Federasiyası Həştərxan vilayətinin Mədəniyyət və Turizm naziri Olqa Prokofyeva ilə görüşüb.

Kult.az xəbər verir ki, nazir müavini qonağı salamlayaraq iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Rusiyada gerçəkləşən müxtəlif mədəni layihələrdə yaxından iştirak edir. Son illər bu sahədə əməkdaşlığa töhfə verən bir sıra tədbirlər keçirilib.

Respublikamızın Rusiya Federasiyasının regionları ilə münasibətlərinin mədəni əməkdaşlıqda da əhəmiyyət kəsb etdiyini deyən Rafiq Bayramov bildirib ki, biz bu istiqamətdə regional təşkilat və müəssisələrlə daha sıx əlaqələrin qurulmasında və təcrübə mübadiləsində maraqlıyıq. Qeyd olunub ki, bu gün dünyada idarəetmə üzrə müasir metodlar tətbiq edilir: “Mədəniyyət sahəsində müasir idarəetmə və metodologiyalara keçid dövründə bu xüsusda təcrübə mübadiləsi vacibdir. Bu sahədə layihələri inkişaf etdirib təcrübələrimizi bölüşməliyik”. Söhbət zamanı həmçinin teatr sahəsində qarşılıqlı əməkdaşlığın perspektivlərindən bəhs edilib. Həştərxan vilayətinin Mədəniyyət və Turizm naziri Olqa Prokofyeva vurğulayıb ki, Azərbaycanla müxtəlif sahələrdə bir neçə layihənin gerçəkləşməsinə nail olmaq arzusundadırlar: “Bu layihələrdən biri Həştərxanda keçirilən teatr festivalıdır və həmin festivalda Azərbaycanın iştirakından məmnun olardıq”.

Daha sonra görüşdə mədəniyyət sahəsində qarşılıqlı təcrübə mübadiləsi, o cümlədən tələbə mübadiləsi kimi mövzular müzakirə edilib.

Rafiq Bayramov Azərbaycanda keçirilən beynəlxalq musiqi festivalları, habelə xalq yaradıcılığı ənənələrinin yaşadılması və təbliğinə xidmət edən layihələr haqqında məlumat verib. Bildirib ki, müştərək layihələrin dəstəklənməsi və qarşılıqlı əlaqələrin inkişafı üçün birgə fəaliyyət xalqlarımızın bir-birinin mədəni irsini daha yaxından tanımasına öz töhfəsini verəcək.

Görüş qarşılıqlı əməkdaşlığın perspektivləri mövzusunda müzakirələrlə davam edib.

Tarix
2019.12.16 / 14:16
Müəllif
Kult.az
Digər xəbərlər

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla