Yuxarı

Lotu Qulinin məzarı üstündə atışma, yoxsa intihar?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lotu Qulinin məzarı üstündə atışma, yoxsa intihar?

19:58

2020-ci ilin 19 avqustunda Türkiyənin Antalya şəhərində silahlı hücum nəticəsində qətlə yetirilən “Lotu Quli” ləqəbli Nadir Səlifovun İstanbul şəhərində yerləşən məzarı üstündə silahlı insidentin baş verdiyi barədə xəbər yayılıb.

Axar.az virtualaz.org-a istinadla xəbər verir ki, yanvarın 17-də Nadir Səlifovun məzarı önünə gələn iki Azərbaycan vətəndaşı - Əli Həşimovla Kənan adlı şəxs arasındakı dava silahlı insidentlə yekunlaşıb.

Nəticədə tərəflərdən biri - 27 yaşlı Əli Həşimov baş nahiyəsindən güllə xəsarəti alaraq həlak olub.

Onu öldürməkdə şübhəli bilinən 29 yaşlı Kənan adlı şəxs isə polislərə verdiyi açıqlamada Ə.Həşimovla aralarında düşmənçiliyin olduğunu bildirib.

Məlumatda o da qeyd olunub ki, polislər hadisə ilə əlaqədar şübhəli bilinən daha üç nəfəri saxlayıblar.

Kriminal avtoritetin qardaşı Müşfiq Səlifov isə açıqlamasında bildirib ki, Nadir Səlifovun qəbri üzərində atışma yox, intihar hadisəsi baş verib.

Onun sözlərinə görə, Əli Həşimov başqa bir kişi və iki qızla birlikdə kriminal avtoritetin məzarına baş çəkib. Kişilər arasında borca görə mübahisə yaranıb.

Əli Həşimov borcunu həyatı ilə ödəyəcəyini bildirib və daha sonra Lotu Qulinin məzarı üstündə özünü güllə ilə vurub.

Tarix
2021.01.19 / 21:59
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovla Arakçı arasında təkbətək görüş başladı

Qanun dəyişir: 8 min manat müavinət kimlərə veriləcək?

Arakçı Şəhidlər xiyabanını ziyarət etdi - Foto

Pezeşkian seçildikdən sonra Azərbaycanla bağlı tapşırıq verdi

İlham Əliyev İranın xarici işlər nazirini qəbul etdi

Qarayevin Rusiya ilə əlaqələri haqda şok faktlar

Dünya niyə Əli Kərimlini müdafiə etmir? - Mühüm səbəb

İran XİN-dən Azərbaycanla bağlı açıqlama...

Abbas Arakçı Azərbaycana gəldi - Foto

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla