Yuxarı

Əkrəm Əylislinin vəziyyəti ağırlaşdı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əkrəm Əylislinin vəziyyəti ağırlaşdı

Uzun müddətdir medianın diqqətindən kənarda qalan və özünə çəkilən yazıçı Əkrəm Əylislinin səhhətində ciddi problem yaranıb.

Kult.az Bakupost.az-a istinadla xəbər verir ki, 83 yaşlı yazıçının ürəyində şiddətli ağrılar var, yeriməkdə və danışmaqda çətinlik çəkir.

Hazırda ev şəraitində müalicə alan yazıçı hələ ki, xəstəxanaya yerləşdirilməyib.

Qeyd edək ki, 1937-ci il təvədllüdlü Əkrəm Əylisli “60-cılar” ədəbi nəslinin ən parlaq nümayəndələrindən biri sayılır. Xalq yazıçısı fəxri adına layiq görülmüş, “Şərəf”, “Şöhrət”, “İstiqlal” ordenləri ilə təltif edilmiş, 2005-ci ildə millət vəkili belə seçilmişdi.

Lakin tarixi həqiqətləri təhrif edən və erməni saxtakarlığına şərik olan “Daş yuxular” romanının Rusiyada dərcindən sonra Əkrəm Əylislinin heç də bu xalqın yazıçısı olmadığı bildirildi. İctimai fikri əsas götürən Prezident İlham Əliyev isə Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif etdiyinə görə 7 fevral 2013-cü il tarixli sərəncamla onu Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən və "xalq yazıçısı" fəxri adından məhrum etdi. Ondan ordenləri də geri alındı.

O vaxtdan Əkrəm Əylisli özünə çəkilib.

Tarix
2021.06.17 / 23:23
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Endi Börnhemi təbrik etdi

İlham Əliyev Mixael Harmsla görüşdü

İlham Əliyev Almaniyaya səfər etdi - Foto

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Almaniya Azərbaycana yeni səfir təyin etdi

Prezidentdən İspaniyanın qələbəsi haqda: Yüksək ustalıq...

DÇ-2026-nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? - Video

Tramp və Sançez DÇ-nin finalında barışdı? - Foto

Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan

Rusiya elitası Moskvanı təcili tərk edir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla